Güney Azərbaycanda elat boylarının festivalı

 

Güney Azərbaycanın Marağa şəhərində elat boylarının milli-etnoloji mərasimlərini özündə ehtiva edən ənənələri əsasında festival keçirilmişdir.

 

Ötən həftə Güney Azərbaycanın Doğu Bölgələrində yaşayan yerli elat boylarının sayca 24-cü festivalı keçirilib. Marağa şəhərində düzənlənən bu törən həm də izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıbdır. Festival çərçivəsində qadınların at sürmə yarışı da təşkil olunub. Bu yarışlarda mağaralı Məhluqə Xani rəqiblərini arxada qoyaraq qalib olub.

Güney Azərbaycan At Sürmə Federasiyasının başqanı Məhəmməd Cavidi bildirib ki, yarışda şücaət göstərərək qalib gələn Məhluqə Xani türkmən atı ilə ödülləndirilibdir. Bununla yanaşı, elat boylarını təmsil edənlər ovçuluq, xalı toxuma, yallı rəqsləri, sazda ifaçılıq və digər el sənəti üzrə öz hünərlərini nümayiş etdiriblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:32