Güney Azərbaycanda “Burası Azərbaycandır” çalıştayı başladılıb

 

Beləliklə “farsca tablolar silinsin” hərəkatı geniş vüsət almaqdadır

1925-ci ildə Sovet Rusiyası və İngiltərənin dəstəyi ilə hakimiyyətə gəlmiş mehtər Rza Pəhləvi dönəmindən başlayaraq, Güney Azərbaycan ərazilərini ostan adı altında parçalanması siyasətinin aparılması 1978-ci il 23 Bəhmən İnqilabından sonra iqtidara gələn mollakratiya rejimi də davam etdirmişdir. Bu azmış kimi, Güney Azərbaycanın bir sıra əraziləri hətta özgə türk düşmənçiliyi aparan toplumların ərazilərinə də birləşdirilib. Beləliklə də daim əzabalar, sosial-iqtisadi həyat tərzinə görə daim problemlərlə üz-üzə qalan Azərbaycan Türklərinin tarixi ərazilərinin adlarını farslaşdıran fars rejiminə qarşı ,Azərbaycan milli fəalları özəl hərəkat başladıblar.

Son zamanlarda sosial mediada bir qrup milli fəallaın çağrışıla Azərbaycan Türklərinin  rejimə qarşı yeni savaşa dəvət ediblər. Onlar öz çağrışlarında Güney Azərbaycanın müxtəlif şəhərlərində olan yurdsevər insanlara müraciət edərək bildiriblər ki, birlikdə əl-ələ verərək 96 ildir pəhləvilər və mollakrat rejimlərinin çirkin siyasəti sonucu olaraq  süni şəkildə farslaşdırılmış şəhər, kənd,c addə, bölgə və s adları tabelalardan silib, Türk  kökənli adları tabelyalara geri qaytarsınlar.

Kampanyanı təşkil edən milli fəallar Güney Azərbaycanın bütün milli fəalları (Burası Azərbaycandır) çalıştaya dəvət ediblər. Bildirilir ki bu fəaliyət hər milli fəallın rahatca və əmniyət içərisində az məsrəflə(bir boya sprey ilə), az zaman içərisində edə biləcəyi bir işdir və bu öz özlüyündə fars şövinist rejiminə qarşı güclü bir mədəni mübarizə və paniranist qüvvələrə qarşı möhkəm zərbə və millətimiz üçün güclü oyanış fəaliyətidir.

Kampanyada İran mollakratiya rejiminin illərdir ostan adı ilə parçaladığı Azərbaycan topraqlarının adlarını dəyşmək, yeni əyalət formasında millətimizə tanıtmaq və hər əyalətə Türk adlarını qaytarmaq təklif olunub .

21 Azər, Səttarxan, Bağırxan, Babaxan, Firudin İbrahimi, Məhəmməd Əmin Rəsulzadə, Azad Vətən, Şəhriyar, Dədə Qorqud, Nəsimi, Nizami  və başqa ünlü Azərbaycan dahilərinin adları xiyabanlara verilməlidir.

Bu gün Nəqədə adlanan şəhər Sulduz, Miyandab adlanan şəhər Qoşaçay, Mahabad adlanan şəhər Soyuqbulaq, Bukan adlanan şəhər Bəykəndi, Məlikan adlanan şəhər Məlikkəndi və başqa məkanlar əvəzlənməlidirlər.

Güney Azərbaycanda yeni əyalətləri, İran ostanları əvəzinə Ərdəbil-Astara bölgəsi,

Zəngan vilayəti, Batı Azərbaycanın kürdlərə məxsus bölgələrə qatılmış beş şəhəri geri qaytarılmaqla Urmru, Əlborz vilayəti də daxil olmaqla Qəzvin vilayəti, Mərkəzi vilayətin adı dəyişdirilərək Həmədan vilayəti, Qum,  Batı Tehran və Kərəc vilayəti birləşdirilərək Doğu Azərbaycan adlandırılmalıdırlar.
Qeyd edək ki, Ərdəbil vilayətindən ayrılaraq süni şəkildə giləklərə məxsus olan Gilan vilayətinə birləşdirilmiş bir çox bölgələrdə yerlri Türk əhalisi qondarama gilək adını daşıyan bölgələrdə tabloları dəyşdirərək tarixi Türk adlarını qaytarmışlar.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

08:56