Güney Azərbaycan Millət Vəkili üsyan püskürdü

 

Nadir Qazipur: "İran hökuməti Urmu Gölü məsələsində bizə xəyanət edib"

Güney Azərbaycanın “Urmu Gölünü Canlandırma Mərkəzi” xalqa xəyanət edib bu sözləri Urmu vilayətindən İran parlamentinə Millət Vəkili seçilmiş Nadir Qazipur deyib.   O, son açıqlamasında bunları da əlavə edib: “Urmu Gölünün hazırkı vəziyyəti və gölün canlandırılması ilə bağlı statistik məlumatlar hökumət rəsmilərinin açıqlamaları ilə qətiyyən uyğunlaşmır. Gölün canlandırılması üçün ayrılan vəsait “Urmu Gölünü  Canlandırma Mərkəzi”nin vasitəsi ilə parlament və prezident seçkilərinə xərclənib. Həqiqət budur ki, “Canlandırma Mərkəzi”nin rəsmiləri və yerli rəsmilər Urmu Gölü və Urmu vilayətinin əhalisinə xəyanət ediblər”.
Qeyd edək ki, Nadir Qazipur İran mollakratiya rejiminin Güney Azərbaycanla ilgili olaraq seçdirdiyi Millət Vəkillərindən biridir. Nadir Qazipur faktiki olaraq, mollakratiya rejiminin bir alətidir. Ancaq, bununla yanaşı, vicdanının Urmu Gölünün süni şəkildə qurudulması məsələlərinə görə sızladığı da bu tip açıqlamalarla özünü biruzə verir. Onu da bildirək ki, son şəhər şuralarına seçkilərlə ilgili olaraq, Urmu vilayəti boyunca bütün şəhərlərdə və qəsəbələrdə kürdlərin seçilməsini əngəlləyən yerli milli fəalların mövqeləri daha da güclənibdir. Buna görə də onların qaldırdıqları problemlərin öz həllini tapması üçün şəhər şuraları xalqla birlikdə hərəkət edəcəkdir. Əslində Urmu Gölü ilə bağlı əsil savaş və mücadilə bu gün başlanılır. Nadir Qazipurun verdiyi açıqlamada məhz buna işarədir.   

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

09:30