Güney Azәrbaycan ədəbiyatçılarının açıq mәktubu

 

"Vicdanın səsi bütün qanunlardan üstündür"

Mahatma Qandi  

 

1.Son zamanlar "Azәrbaycan çağdaş şeir antologiyası" (Ağ mәqbәrәlәrin şairləri) adlı yeni bir kitab işiq üzü qördü. Özəlliklə də kitab Güney Azərbaycan ədəbiyyatına həsr olunub. Ancaq kitabda gözə çarpan müəyən çatışmazlıqlara qarşı aparılan mәdәni etirazların üzərində kitabı çap edən sayın "Səid Muğanlı" ilә "Saleh Səccadi" laqeyd davranıb məntiqli və elmi cavabların əvəzində xəyanət, alçaltma və uydurma reaksiyalar göstərdilər.

"Pulumuz və paramız var, nə təhər sevsək çap edəcəyik, kimsəyə dəxli yoxdur!" deyib etiraz vә tәnqid edәnlәri müxtәlif yönlәrdәn baykot edib ana dilimiz vә әdәbiyyatımızın sәdaqәtli xadimlәrinin haqq sәsini susdurmağa çalışdılar. Buna görə də biz Güney Azərnaycan ədəbiyatının şairlәri, yazıçı vә tәnqidçilәri kimi bu mәktubla öz ədəbi və mədəni etirazımızı bildirmək istəyirik .

2. Yunancada (antologiya) sözünün anlamı "müxtəlif yazıçıların əsərlərindən (özəlliklə də şeirlərindən) oluşan seçilmiş əsərlər məcmuәsi" demәkdir . "Azәrbaycanın çağdaş şeir antologiyası" adının mənası Güney Azәrbaycanın çağdaş şairlərinin müxtəlif üslubları və fikirlərinə baxmayaraq, bәdii- әdәbi ölçülәr vә әdalәtlә seçilmiş şeirlәri demәkdir. Ancaq, sözü gedәn bu antologiyada müxtəlif çatışmazlıqların başında ədəbiyatımızın böyük şairlərindən bir çoxunun əsərlәrinə yer verilmədiyini görürük . Kitabı çap edənlərin kifayət qәdәr ədəbi-elmi mәlumat vә bacarıqları, elmi vә әxlaqi sәlahiyətlәri yoxdur. Bilirik fərqli ədəbi səliqəlәr hәr işdә ola bilәr. Ancaq, bu kitabda sәliqәnin deyil, açıq şəkildə şəxsi әdәbi repressiyalara şahidik. Unudulmuş və şeirlәri bu kitabda getmәyən şairlәrə nəzər saldıqda onları tәmamilә bu kitabı çap edənlər, özəlliklə Səid Muğanlı və onun ədəbi sәdaqətsizliklərini tənqid edən ədəbiyatçılardan ibarәt olduğunu görürük. Səid Muğanlının Azәrbaycan ədəbiyatında әdalәt, insaf, bilim və milli-demokratik haqlarımızı şəxsi mənfəətlərinə fәda etmәsi birinci dәfə deyil. Səid Muğanlını tənqid etdiklәri üçün antologiyadan silinən bəzi böyük şairlərimizin adlarını xatırladırıq: Mәhəmmədrza Lәvayi, Salih Ətayi, Mәhəmməd Sübhdel, Bulud Muradi, Həmid Asifi, Vüqar Nemət, Əmin Hacilu, Qafur İmamizadə, Zaman Paşazadə, Mir Camal Hüseyni, İlqar Müəzzinzadə, Cəfər Bozorg Əmin, Elşən Böyükvənd, Duman Bəxtiyari, Hüseyin Rəzmi(Yaylım), Məryəm Qurbanzadə, Yusuf Behnemun (dalqın) və sair...

3. Ədəbiyatımızda ədəbi tənqidin yoxluğu və zəifliyi hesabına meydanı boş görüb dəyərli və qimәtli yazıçı və şairlәrimizin adlarının silinməsinə qarşı birləşib dilimiz və ədəbiyatımızı qurumağa çalışmalıyıq. Bununla birlikdə profesionallığı da umuruq. Antologiyanın nəşrinə daha yararlı olan Səid Muğanlı, şerlәri seçməyə lazım olan tərəfsizlik, bilim və peşəkarlıqdan yoxsundur (məhrum). Bir daha vurğulamalıyıq elmi işləri alimlər başa vurmalıdırlar.

4. "Azәrbaycan çağdaş şeir antologiyasi" kitabında əsərlәri çap olunmuş İsa Zeyni, Qadir Cəfəri, Vahab Hacızadə, Mәhəmməd Nuri, Hadi Qaraçay və vaşqa şairlər Səid Muğanlı və Salih Səccadinin bu mәsuliyәtsizlik və qeyri demokratik hərəkətlərini kəskin və ciddi şəkildə qınayır və pisləyirlər .

5. İndiyə kimi ədəbi sәdaqətsizlikləri, nəşr təxəllufları, muəllif haqqını pozmağı və sair üçün yuxarıda adı gedən həmin şairlər və yazıçılar tərəfindən tənqid olunan Səid Muğanlını dilimiz və ədəbiyatımızın tanınmış sevdalılarının adlarını “Azәrbaycan çağdaş şeir antologiyası”ndan silməyə və yox etməyə haqqı və huququ olmadığını vurğulayırıq .

6. Biz Azәrbaycanın müstəqil və azad yazıçı və şairlәri kimi Səid Muğanlının bu təxribatçı və antidemokratik hərәkətlәrini kəskin və ciddi şəkildə qınayıb və pisləyirik . Dilimiz, ədəbiyyatımız və әdәbi әxlaqsızlıqlarına (әdәbi sirqәt vә...) mәruz qalan şairlәrlә hәr hansı şәxsı mәsәlәdәn ötrü әsәrlәrinә bu kitabda yer verməmiş yazıçı və şairlərimizin tərəfindən Səid Muğanlıdan ədəbiyatımızın yaddaşından silinmәyəcək bu haqsızlıqları üçün bağış diləməsini, çatışmazlıqları doğruldub islah etmәsini istəyirik .

7- Әziz oxucular vә dәyәrli qәlәmdaşlar!
Sәid Muğanlı vә Salih Sәccadın nәşr etdirdiklәri “Azәrbaycan şeir antologiyası”nın mәntiqdәn uzaq əmәllәrini aşağıdakı müqayisәdən anlaya bilərsiniz : Bu antoloqiyada  misal üçün beş nəfərin şeirlərinə örnək olan sәhifәlәr әlli iki nəfərlə bərabərdir! “121sәhifә beş nәfәr və 121 sәhifә әlli iki nәfәr” üçün. Bir addım irәli atıb bütünlüklә әdalәt üzrә seçilmiş bir antologiya izlәmәk olar. 213 sәhifә on nәfәr üçün, 217 sәhifә yetmiş iki nәfәr üçün.

Yalnız kitabda adları gedәn şairlәrә baxsaq, olayın dәrin acısını anlaya bilәrik. Sәid Muğanlı vә Salih Sәccadi hansı sәlahiyyәtlә seçimlәrindә bunca böyük fәrq vә әdalәtsizliyә yol veriblәr ?

8. Mәktubu imzalayaraq Sәid Muğanlı və Salih Sәccadiyə bu antologiyaya qarşı etirazlı olan şairlәr, yazıçılar vә әdәbi mәdәni çalışqanlar:

Mәhәmmәdәli Nәhavәndi (Muğan),
Nadir Paşayi (Paşa),
Sәmәd Çaylı,
Haniyә Tәbrizli (Ayman),
Əhәd Fәrәhmәndi (Oyaq),
İnam Gümanlı,
Uman Turan,
Sәhәr Xiyav,
Rizvan Hacıqasımlı (Canay),
Manuçöhr Fәzli Xәlәf (Azәr Elli),
Bәxtiyar Fәrrux,
Hüseyin Rәzmi (Yaylım),
Mahmud Nemәti (Yorğun Xan),
Kәhriz Miran,
Eltaş Salihi,
Sümәyyә Xan Mәhәmmәdi,
Mәhәmmәd Sübhdil,
Vüqar Nemәt,
Qafur İmamizadә,
Duman Bәxtiyari,
Ayhan Miyanalı,
Qadir Cәfәri, İsa Zeyni,
Vahab Hacızadә,
Mәhәmmәd Nuri,
Rza Nuri,
Əmin Hacılu,
Mәryәm Qurbanzadә,
Elşәn Böyükvәnd,
Bulud Muradi,
Araz Asif,
Zaman Paşazadә,
Qasım Pәnahi,
Behruz Xәlәfi,
Firuz Fәrәczadә (Alışan),
Mәhәmmәd Çalqın,
Mәhәmmәd Əmini,
Mәsud Haray,
Əsgәr Ovliyayi Kolian (İmad Yaşıl),
Mәhәmmәd Hüseyin Södəgәr,
Tohid Namvәr (Adlım),
Mәcid Teymurifәr (Sәfa),
Sayә Ərdәbili,
Nazәnin Heydәrzadә (El Qızı),
Seyid Heydәr Dәvami Ətiq,
Hәmid Əhmәdzadә (Telimxanlı),
Cavad Urmulu,
Əsgәr Abidi (İlqar),
Pәrviz Sudi (Dalğa),
İsmayıl Xürrәmi,
Mehri Zari,
Zәhra Nәcәfi,
Rüqәyya Haşımzadә (Xan Sәnәm),
Əli Babayi,
Ruhullah Şahi (Marağalı Şahi),
Əkbәr Paşapur,
Rәna Zari,
Əlirza Çahar Burci,
Lalә Hәqiqi,
İsa Cavadi (Dağlar),
Atilla Hacızadә,
Böyük Əhmәdi,
Qulam Əli Hüseynzadә (Sirdaş),
Keyvan Qurbani,
Hәbib Yәzdani,
Şәridә Cәfәri,
Cәfәr Büzürg Əmin,
Rüqәyya Əbdüli (Sazaq),
Rza Dehqan,
Mәhәmmәdәli Cәfәri,
Sürәyya Simzari,
Yusuf Hicazi,
Şәbnәm Tohidi (Tansu Xitavi),
Vәli Qaradağlı,
Əbasәt Pur Hәsәn,
Hadi Bulud,
Saqib Rәşt Abadi,
Tahir İmani (Dinmәz),
Qulam Rzapur Mәhәmmәd,
Xoşnam,
Sәxavәt İzzәti,
Əlirza Ənbaz,
Hәmid Ənbaz,
Yaqub Əhmәdvәnd (Ayrılmaz),
Milad Əzimi (Sönmәz Qaradağlı),
Ümid Əzizpur,
Əhmәd Fәthi (Yalqız),
Ruzbeh Sәmәdi Nur oğlu,
Murtaza Dostәli Nәjad (Dinmәz),
Hüseyin Ümidi (Orman),
Davud Rәhimi (Barış),
Mәhәmmәd Hәsәn Nәjad (İlqar),
Fatimә Seraci (Tanrı),
Əli Mәhәmmәdi (Yorğun),
Ziba Mirәhmәdi,
Fatimә Mirhәsәnpur,
Hadi Qaraçay,
Abuzәr Xeybәrian (Türkeş Qoşaçaylı),
Fәraz Əsgәrian Badıllı,
Fәrzad Böyükvәnd,
Hәmid Sadiqi,
Yusif Behnemun (Dalğın),
İsmail Pilpaye,
Atabәy Teymuri,
Ənsar Qaradağlı,
Çingiz Dövlәtyari,
Rәsul İrani (Aranlı),
Əmin Nasir vә başqaları... 

 

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

14:47