Güney Azərbaycan ayaqda

 

Urmu Gölü ilə bağlı Güney Azərbaycanın bütün şəhərlərində kütləvi aksiyalar başlanır

Güney Azərbaycan Milli Hərəkatının tərəfdarları və fəalları Urmu Gölü çevrəsində daha da  dərinləşən ekoloji böhranla bağlı bütün şəhərlərdə dinc kütləvi etiraz aksiyaları planlaşdırır.

Güney Azərbaycan Milli Hərəkatının fəalları bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində bildiriş yayaraq hər kəsi dinc və mədəni etirazlara qatılmağa çağırıblar. Dinc etiraz aksiyası sentyabrın 23-ü, yerli vaxtla saat 17:00-a planlaşdırılır. Yığıncağa qatılacaq kəslərdən böyük şəhərlərdə yalnız Valilik binaları qarşısında toplaşmaları xahiş edilib.

Bildirişdə bütün rəsmi orqanlar və müxtəlif qurumların Urmu Gölü çevrəsində yaranmış ekoloji böhranla bağlı fəaliyyətlərinin yararsız və nəticəsiz olduğu vurğulanıb.

Xudaferin.eu
Güney Azərbaycan. “Urmu Bürosu”

 

10:00