Gözün aydın AZƏRBAYCAN

Artıq neçə gündür ki, Azərbaycanın cənnət məkanı, ŞUŞA şəhərində olan Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti, 1-ci Qarabağ müharibəsinin veteranı, Xüsusi Təyinatlı "Həmlə" Kəşfiyat Diversiya Qrupunun ( XTHKDQ) rəhbəri Nəsimi Qarabağlı Novruz oğlu Həsənov bir neçə qrup üzvlərilə birgə ŞUŞA da könüllü olaraq öz xidmətlərini davam edirlər.

Onuda qeyd edək ki, DAVİB ilk olaraq 27 sentyabr 2020-ci il tarixdən, ölkə başçısının VƏTƏN MÜHARİBƏSİLƏ bağlı çağırışına qoşularaq könüllü hərbi əməliyyatlarda iştirak etmək üçün səfərbərlik xidmətinə müraciət edərək müharibəyə qatılmşşdır. Belə ki, DAVİB öz daxilində 4 qrup yaratmışdır ki, bunlarda hər biri ayrı ayrılıqda 27 sentyabrdan bu günkü günə kimi VƏTƏN MÜHARİBƏSİNDƏ könüllü olaraq öz xidmətlərini göstətməkdə davam edirlər.

1-ci qrup Təbliğat qrupu-cəbhə boyu müxtəlif mövqelərdə ön və müdafiə xətlərində əsgər və zabitlərlə bir olaraq, onların VƏTƏNPƏRVƏR ruhlarının dahada aşılanmasında, veteran döyüşçülərin gənc əsgərlərə hərbi biliklərin dahada yaxşı mənimsənilməsində, döyüşdə iştirak etmiş döyüşçülərə psixoloji yardımların edilməsində xidmətlər göstərir.

2-ci qrup Təminat qrupu - DAVİB-in başlatdığı Orduya Dəstək kompaniyasına qoşulan, ölkəmizin müxtəlif VƏTƏNPƏRVƏR vətəndaşlarından mərkəzləşmiş qaydada DAVİB-in yaratdığı qərargahlara (Bakı, Bərdə, Ağdam) təqdim edilən, ön cəbhədə olan əsgərlərə bir başa geyim əşyalarının, gigiyenik vasitəıərin, qida məhsullarının, su və sair lazımi malların çatdırılması.

3-cü qrup - DAVİB-in yaratdığı Xidmət qrupudur ki, buda Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) könüllü üzvləri tərəfindən ŞƏHİDlərin dini şəriətə uyğun olaraq yola salınmasının ( yuyulması, kəfənlənməsi, bayraxlarla bəzədilməsi və s.) həyata keçirilməsi.

4-cü qrup-DAVİB-in ölkə başçısı, cənab Ali Baş komandanın çağırışına qoşularaq, ərazi bütövlüyümüzün müdafiəsi, işğal edilmiş ərazilərimizin azad olunması və döyüş əməliyatlarında yaxından iştirak etmək məqsədilə yaradılmış Xüsusi Təyinatlı "Həmlə" Kəşfiyat Diversiya Qrupudur (XTHKDQ) ki, qrup tərkibində olan xüsusi təlim keçmiş peşəkar veteran döyüşçülərin, sərrast atıcıların, snayperlərin, kəşfiyyat və diversiya taktikalarını bilən bu qrup, müxtəlif xüsusi əməliyyatların uğurla həyata keçirilməsini bir vəzifə olaraq öz üzərinə götürüb.

Şükürlər olsun ki, artıq AZƏRBAYCAN bu VƏTƏN MÜHARİBƏSİNDƏ QALİB GƏLİB! Artıq müharibə getmir. Ancaq buna baxmayaraq, dekabrın 1-nə kimi 4 qrup öz xidmətlərini könüllü olaraq davam etdirir. Fürsətdən istifadə edərək, Möhtəşəm Qələbə münasibətilə başda mərd və qeyrətli Ali Baş komandanımız, Böyük Sərkərdə cənab İlham Əliyev olmaqla, gözəl və ulu, məğlub edilməz Xalqımızı, Qalib ordumuzu Azərbaycanımızın baş tacı olan, cənnət Şuşamızdan ürəkdən təbrik edirəm! Bir ŞUŞALI olaraq bu gün işğaldan azad və sabahları firavan olan ŞUŞADA olmağımdan çox xoşbəxtəm! Təssüratlarım çoxdu. Sözlə ifadə etmək olmur. 28 ildi həsrət qaldığım ata yurdumda olmağım, uçub viran edilmiş evlərimizi görmək nə qədər ağrılı olsada, bu gün ŞUŞAnın artıq azad olunması və bu doğma və dahilər şəhərinin sakini olmağımdan qürur duyuram. Söz yox ki, ölkə başçısı bütün işğaldan azaf edilmiş rayon və şəhərlərimizdə aparacağı quruculuq işləri ŞUŞAmızdanda yan keçmiyəcək. Əlbətdə ki, bundan sonrada bir olub ölkə başçısının ətrafında sıx birləşərək bütün quruculuq işlərindədə vahid komanda şəklində yaxından kömək və yardımçı olmalıyıq. Bu qəbildən Şuşada da görüləsi işlər, yeni infrastrukturun salınmasından tutmuş, Şuşalı ziyalıların, kadrların potensiallarından istifadə etməklə şəhərin öz qədim-tarixi abidələrinin bərpasına, yerli sakinlərin öz yurdlarına qayıtmasına qədər hər birimiz əlimizdən gələni etməliyik.

Cənab Ali Baş Komandanın vurğuladığı kimi, Şuşa Azərbaycanın baş tacıdır. ..və BİZlərə- AZƏRBAYCAN XALQINA  baş tacını azad edib, qara ləkəni üzərimizdən götürməyə, bu Haqq savaşına qərar verdiyinizə
və mütləq QƏLƏBƏmizə görə SİZƏ cənab Ali Baş Komandan sonsuz təşəkkürümü və can borclu olduğumu bildirirəm!

Bu Qələbəni bizlərə yaşadan ŞƏHİDlərin ruhu qarşısında baş əyir, ŞƏHİD ANAlarımızın əllərindən öpür, ailələrinə ALLAHDAN səbr diləyirəm! Qazilərimizə isə ALLAHDAN şəfa diləyirəm!

Gözün aydın AZƏRBAYCAN!!! Artıq Xalq olaraq özümüzü dünyaya bir daha Qalib və Məğlub edilməz olduğumuzu sübut etdik! Bu Haqq savaşında daima yanımızda olan Qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Təyib Ərdoğanın timsalında Türkiyəyə, Pakistan xalqına sonsuz təşəkkürlərimi bildirirəm!

Şəhidlərimizin qanı bahasına, bu savaşda olan qazilərimizin, cəngavər əsgərlərimizizin qəhrəmanlıqları və cənab Ali Baş Komandanımız, Böyük sərkərdəmiz İlham Əliyevin qeyrəti və mərdliyi, qətiyəti və rəhbərliyi ilə qazanılan QƏLƏBƏMİZ MÜBARƏK!

Nəsimi Qarabağlı
Müharibə veteranı,
Xüsusi Təyinatlı "Həmlə" Kəşfiyat Diversiya Qrupunun (XTHKDQ)  rəhbəri,
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti.

Xudaferin.eu


21:55