Görkəmli Türk şairi Məmməd Akif Ərsoyun xatirəsi anılacaq

 

Martın 15-də Bakıda türk dünyasının görkəmli şairi Məmməd Akif Ərsoyun xatirəsinə həsr olunmuş “İstiqlal və istiqbal şairi Məmməd Akif Ərsoy” adlı ədəbi-bədii gecə təşkil olunacaq. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşəcək tədbir Yunis Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq. Gecədə görkəmli şairin həyat və yaradıcılığından danışılacaq, türk ədəbiyyatının formalaşmasındakı xidmətləri vurğulanacaq. Həmçinin gecədə şairin şeirləri səslənəcək.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı” sözlərinin müəllifi Mehmet Akif Ərsoydur. O, bu marşın müəllifi kimi qonorar almaqdan imtina edib. Həyatı boyu kasıb və ağır məhruyyətlər içində yaşasa da, heç bir zaman kimsənin qarşısında ehtiyaclarına görə boyun əyməmişdir.

Xudaferin.eu

10:20