Görkəmli pianoçu-pedaqoqun yubileyinə konsert töhfəsi

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti, ilk azərbaycanlı xanım pianoçu-pedaqoq Kövkəb Səfərəliyevanın (1907-1985) 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev, paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər.

Gecədə çıxış edən Zemfira Qafarova görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Yubiley tədbiri Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin konsert proqramı ilə davam edib. Proqramda T.Quliyevin “Lirik mahnı”, F.Əmirovun “1001 gecə” baletindən “Mərcanənin rəqsi”, M.Maqomayevin “Azərbaycan”, F.Nağıyevin “Xatırlayasan məni”, N.Baklanovanın “Mazurka”, P.Çaykovskinin “Payız mahnısı”, R.Şumanın “Romans”, S.Raxmaninovun “İtalyan polkası” və digər əsərlər səsləndirilib.

Xudaferin.eu

09:11