Görkəmli opera müğənnisi Yusif Eyvazov Parisdə “Trubadur” operasında çıxış edib

 

Azərbaycanın xalq artisti Yusif Eyvazov iyulun 5-də və 11-də Parisdə Bastiliya Opera Teatrının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edib. Yusif Eyvazov səhnə əsərində Manrikonun partiyasını ifa edib.
Qeyd edək ki, sənət karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

 

Xudaferin.eu

 

22:24