Gəncədə iki mikrorayonun bir sualı

 

 

Gəncədə sakinlər qaz sayğacları ilə bağlı problemlərin tez bir vaxtda həll olunmasını istəyirlər

 “Sayğaclar dəyişdirildi, bəs kartlar hanı?”
“3 gündür sayğaclar dəyişdirilib, qazsız qalmışıq.Qarlı, şaxtalı havada gəlib sayğacları dəyişib gediblər. Ancaq kartlarımızı verməyiblər ki, sayğaca qaz yükləyək”.

 

Gəncədə 3 və 4-cü mikrorayonun sakinləri fevralın 18-də səhər saatlarından Gəncə Regional Qaz İstismar İdarəsinin Gəncə Xidmət Sahəsinin inzibari binasının qarşısına toplaşıblar. Buna səbəb 3 gün öncə həmin ərazilərdə qaz sayğacları yenilənsə də, abonentlərə kart verməyin “unudulmasıdır”. 4-cü mikrorayon sakini Müşfiq Əliyev:

“Dedilər, bir azdan kartlarınızı da paylayacağıq. Sayğacları dəyişib, akt bağlayıb getdilər. Gözlədik, kartlar gəlib çıxmadı. Zəng vurduq, sayğacı quraşdıranlar dedilər, biz kart paylayan deyilik ki...”.

“Sayğac dəyişməyi niyə qışın ortasına saxlamısan?”

Üç gün mavi yanacaqsız qalan abonentlər indi məsələni aydınlaşdırmaq üçüntoplaşıblar. Onlar sayğacların məhz şaxtalı günlərdədəyişdirilməsinə də etirazlarını bildiriblər.Üçüncü mikrorayon sakini Samir Səfərovun sözlərinə görə, smartkartlarını tələb edən abonentlər hələ də idarənin qarşsındadırlar: “Başımıza belə oyunların gəlməsi nə ilk, nə də sondur. Yazı, yayı oturarlar, yağışda, qarda başlayarlar müxtəlif bəhanələrlə işığı, qazı kəsməyə... Adamdan soruşarlar ki, sayğac dəyişməyi niyə qışın ortasına saxlamısan? Özü də ən şaxtalı günlərdə görürsən bu işi... Onsuz da canımızı isidə bilmirik, gəlib qışın ən şaxtalı günündə sayğacı dəyişib, evləri qazsız qoyub gediblər. Bu, adamların əsəbləri ilə oynamaqdır. Üç gündür donuruq”.

 

“Uzağı, gələn həftəyə kartlar təqdim olunacaq”

Gəncə Regional Qaz İstismar İdarəsinin Gəncə Xidmət Sahəsi-ndən AzadlıqRadiosuna bildirilib ki, smartkartlar çoxdan sifariş olunub və Bakıdan göndərilməlidir: “Uzağı, gələn həftəyə bütün abonetlərə kartlar təqdim olunacaq. Həftəsonuna düşdüyündən, kartların göndərilməsində problem yaranıb”.

“Bir həftə gözləmək lazımdır”

 

İdarədən bildirilib ki, 3 və 4-cü mikrorayondakı abonentlərinin növbəti həftəni gözləməkdən başqa çarəsi yoxdur.

Azadliq.org

 

10:25