Gəncədə Gənclərin Yaradıcılıq Festivalı

 

Ali, orta ixtisas və ilk-peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında bədii yaradıcılıq festivalının II Respublika mərhələsi üzrə seçimlər başa çatıb. Seçimlər Bakı, Lənkəran və Gəncə şəhərlərində aparılıb.
 

Respublika mərhələsinin nəticələri elan olunduqdan sonra qaliblərin iştirakı ilə konset proqramı keçiriləcək. Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış edəcəklər.

Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq, inkişaf etdirməkdən ibarətdir. Seçimlər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.

Cəmilə Kərimova

Gəncə

06:22