Gəncə Uşaq Evində 20 Yanvar faciəsi anılıb

Gəncə Uşaq Evində 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə balacalar faciə ilə bağlı şeirlər söyləyib, İlham və Fərizə obrazlarını canlandırıb, səhnəciklər nümayiş etdiriblər.

Gəncə Uşaq Evinin müdiri Nazilə İsmayılova yenigence.com-a bildirib ki, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Buna görə də 20 Yanvar unudulmamalı, uşaqlar və gənclər arasında doğru təbliğ aparılmalıdır.

Cəmilə KƏRİM
Gəncə

19:57