Gənc Tamaşaçılar Teatrında həftəsonu səkkiz tamaşa nümayiş olunacaq

Hər həftə olduğu kimi, bu həftə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tamaşaçıları üçün maraqlı repertuar tərtib edib.

Dekabrın 15-də M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan” tamaşası və “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar” nümayiş ediləcək.

Dekabrın 16-da L.Nurenin “Mən gəldim, qızlar”, dekabrın 17-də isə D.Fo, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” komediyası təqdim edəcək.

Heç şübhəsiz ki, teatr daimi və sevimli kiçik yaşlı tamaşaçılarını da hər zaman olduğu kimi diqqətdən kənarda qoymayıb.

Belə ki, kollektiv dekabrın 16-da saat 12:00 və 14:00 –də C.Rodarinin “Çipollino”, dekabrın 17-də isə C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” adlı yeni tamaşaları ilə balaca dostlarını sevindirəcək.

Tamaşalarda rolları əməkdar artistlər Kəmalə Hüseynova, Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova və başqaları ifa edəcəklər.

Biletləri bütün mərkəzləşdirilmiş kassalardan, “ASAN” xidmət mərkəzlərindən və filiallardan əldə etmək olar.

Xudaferin.eu

19:23