Gənc rəssamların “İşğaldakı sərvətimiz” sərgisi açılacaq

Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İşğaldakı sərvətimiz” mövzusunda rəsm sərgisi keçiriləcək. Layihə çərçivəsində 17-29 yaş qrupunda gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq. Sərgidə Qarabağda düşmən təcavüzü nəticəsində məhv edilmiş milli mədəni irsimiz, tarixi abidələrimiz, habelə təbii sərvətlərimizi əks etdirən rəsm əsərlərinin nümayişi nəzərdə tutulur. 
Sərgidə iştirak etmək istəyənlər əsərlərinin fotolarını noyabrın 25-dək fidan.boyukbabali.1994@gmail.com  ünvanına göndərməlidirlər.

Xudaferin.eu

 

12:51