Gənc rəssam Cəlal Ağayevin “Yeddi gözəl” adlı fərdi sərgisi açılacaq

 

Aprelin 11-də Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Cəlal Ağayevin “Yeddi gözəl” adlı sərgisi açılacaq.

C.Ağayev Əzim Əzimzadə adına rəssamlıq məktəbində, sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika sənəti üzrə ixtisas təhsili alıb. Onun yaradıcılığı üçün janr və mövzu məhdudiyyəti yoxdur. Düşüncələrini yağlı boya ilə yanaşı, həm də akvarel texnikasında asanlıqla ifadə edir. O, istedadlı rəngkar olmaqla yanaşı, həm də gözəl qrafikdir. C.Ağayevi başqalarından fərqləndirən başlıca cəhət isə onun sənətdə mövcud olan bütün qiymətli bədii məziyyətlərdən istifadə etməyə çalışmasıdır.

Xudaferin.eu

19:16