Gənc musiqiçinin “Musiqili səyahət” adlı solo konserti

 

Azərbaycan Milli Konservatoriyasında beynəlxalq və respublika müsabiqələri laureatı İbrahim Babayevin tam fərqli – qədimlik, klassika, müasirliyin təcəssümü olan “Musiqili səyahət” adlı solo konserti keçirilib.

Konsertdən əvvəl əməkdar artist Ələkbər Ələkbərov, Konservatoriyanın dosenti Səbuhi Cəfərov, konsertin ideya müəllifi və aparıcı konsertmeysteri Svetlana Əhmədova çıxış edərək gənc tarzəni təbrik edib, yaradıcılıq uğurları arzulayıblar. İ.Babayevin qazandığı uğurlardan söz açan natiqlər onun bir çox uğurlar əldə etməsini sənətə, musiqiyə xüsusi əzmkarlıqla yanaşmasının nəticəsi kimi dəyərləndiriblər.

Tədbirdə İ.Babayevin xarici ölkələrdə uğurlu çıxışları əsasında hazırlanmış videomaterial nümayiş olunub. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiya səsləndirilib.

Xudaferin.eu

09:43