Gənc istedadların konserti

 

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta ixtisas musiqi məktəbinin konserti keçirilib. Konsertdə məktəbin XI sinif şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
 

Şagirdlər Qəmərtac Maqsudova, Aydan Yeşildağ, Ruslan Daşdəmirov, Xəyalə Cavadvənd, Kamilla Ağayeva, Gülgün Əbilova, Ruhulla Dadaşov və başqaları səhnəyə çıxıb. Proqramda Nazim Əliverdibəyovun “Vals-skertso”, Edvard Qriqin “Alleqro”, Nikollo Paqanininin “Kapris № 20”, İ.S.Baxın “Alleqro”, Əziz Əzizovun “İki prelüd”, Adil Gərayın “Səfikürd”, Ferens Listin “Lauranın ruhu kimi”, Fredrik Şopenin “Etüd №12”, Sərdar Fərəcovun “Unutma”, Süleyman Ələsgərovun “Şalaxo” və digər əsərlər səsləndirilib.

Konsertdə fortepiano, tar, kamança, violin, kontrabas, qanun alətlərinin ifaçıları iştirak edib.
Qeyd edək ki, gənc musiqiçilərin konserti böyük maraqla qarşılanıb. Onlar təhsil aldıqları məkətin ənənəsinə bir daha sadiq qaldıqlarını öz istedadları ilə sübut edə bildilər.

 

Xudaferin.eu

 

06:23