Gənc fəal saxlanılıb

 

Demokratik Qüvvələrin Milli Şurasının fəalı Cəmil Hacıyevi polis saxlayıb. Bunu hüquq müdafiəçisi Fuad Həsənov bildirib.

Saxlanmanın səbəbləri məlum deyil. Cəmil Hacıyev Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Cəmil Hacıyev Mədən Sənayesində Şəffaflıq Koalisiyasi Monitorinq Qrupunun üzvüdür. Bununla yanaşı, gənc fəal insan haqları üzrə yeni nəsli təmsil edən ən istedadlı şəxslərdən biri hesab olunur. Cəmiyyətdə neqativ hallara qarşı gənclərin bir araya gələrək etiraz aksiyaları keçirməsi yönündə də fal olan gənclərdən sayılır. Rəsmi orqanlar fəalın saxlanmasının səbəbləri ilə bağlı hələ şərh verməyib.

Amerikaninsesi.org

09:42