Giorgi Margvelaşvili İliya Dövlət Universitetinin tələbələriylə görüşdü

 

Gürcüstan prezidenti Giorgi Margvelaşvili “İliya Dövlət Universiteti”nin A korpusunda “Ana Yasa hamı üçündür“ adlı yeni lahiyəsini tələbələrə təqdim etdi və onlara Ana Yasada gələcək dəyişiliklər barədə məlumat verdi. Eyni zamanda diskussiya şəklində onlardan necə bir, ölkədə yaşamaq istədiklərini soruşan prezident, tələbələrin suallarna cavab verərək, bilirib ki, ölkədə önəmli qərar almazdan öncə, ictimayyətin fikrini bilmək lazımdır və bildiyimiz kimi, ölkənin ən vacib amili - konstitusiyadı, hansıki ictimayyəti nəzərə alaraq yazılıb.

Prezident Giorgi Margvelaşvili qeyd edib ki, bu cür lahiyələri başqa yerlərdə də həyata keçirməyə davam edəcək və məqsədi Ana Yasada qanunun dəyişikliklərindən xalqı məlumatlandırmaq və bu dəyişikliklərdən ictimayətin fikirinin nə yöndə olduğunu bilməkdir.

Onuda qeyd edək ki, 2018-ci ildən ölkə prezidentini xalqın yerinə parlament seçəcək, Hal-hazirda isə Ana Yasaya heç bir dəyişiklik edilməyib. Gürcüstan bir dövlət olaraq daha çevik şəkildə ölkənin demokratik sistemlə idarə olunması ideyasının kütləvi xarakter daşımasını hədəf seçmişdir.

Naira Paşayeva
Gürcüstan, Tiflis

 

06:46