Gerçək Azərbaycan və Qarabağ xəritələri alman arxivlərində bulundu

1730-cu ildə alman araşdırmaçı Georgi Mateus Zoyter Qafqaz səyahətində Qarabağ və Azərbaycanın gerçək xəritəsini hazırlayaraq Avropa elminə böyük tövhə vermişdir. Həmin xəritədə Qarabağ, Zəngəzur, Göyçə, İrəvan və digər bölgələrin gerçəkdən Azərbaycanın tarixi əraziləri olmasını faktlarla qeyd etmişdir. Beləliklə də Georgi Mateus Zoyter vicdanlı alim, xəritəşünas, topoqraf və kartoqraf kimi bildirib ki, həmin ərazilərdə ancaq Azərbaycan Türkləri yaşayıblar. Özəlliklə də Kür-Araz çaylarını əhatə edən vadilərin tamamilə yerli aborigen Türklərin olduğunu coğrafi yer adları ilə xəritədə adları da qeyd edib.

Alman kartoqrafı Georgi Mateus Zoyter bu xəritəni hazırlayanda Nadir Şah Ovşar hələ hakimiyyətdə deyildi. Sonralar Nadir Şah Ovşar sonuncu nəhəng Türk imperiyası kimi yaratdığı dövləti Qafqaz üzrə məhz bu xəritə əsasında təməlini qoymuşdu. Onun özü də açıq şəkildə qeyd edir ki: “Qafqazda hazırladığım bu xəritə Türkomaniya coğrafiyasını əhatə edir”, yəni indiki Azərbaycan Türklərinə məxsus Qafqaz coğrafiyası.
Qeyd etmək gərəkdir ki, 1847-ci ildə İngiltərənin Qafqazda topoqrafik ekspedisiya qrupu xəritələr hazırlayanda elə alman kartoqrafı Georgi Mateus Zoyteri təkrar etmişlər. Həmin xəritədə qeyd olunur ki, Qarabağ, Zəngəzur, İrəvan, Göyçə və digər ərazilər tarixən Azərbaycan Türklərinə məxsusdur. Beləliklə də Avropa alimləri və kartoqrafları səmimi şəkildə etiraf etmişlər ki, indiki Ermənistan adlı ərazi Qafqazda heç bir zaman mövcud olmamışdır. Georgi Mateus Zoyter ekspedisiya zamanı qeydlərində belə yazır: “Qafqaz Turkomaniya xəritəsini hazıryalayan zaman bəlli oldu ki, burada ermənilərlə bağlı hər hansı bir ciddi coğrafi status yoxdur və bu ərazilər tamamilə yerli Türklərə məxsusdur. İdarəetmə, əhalinin sayı, yer adları, yerli adət-ənənələrdə ermənilərə məxsus ünsürlər yox kimidir”.   

Xudaferin.eu

23:30