Geneyli milli fəallar cəzalandırıldı: 45 il həbs, 8 il sürgün

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı İran mollakratiya rejimi tərəfindən son günlər təzyiqlər daha da artıb. Ötən gün dörd milli hərəkat üzvünə toplam 45 il həbs, 8 il sürgün cəzası verilib.

 Tehran məhkəməsində fəallara qeyri-qanuni qruplaşma və rejim əleyhinə iğtişaş yaratma ittihamları irəli sürülüb: “Əlirza Farşiyə 15 il həbs, 2 il Xuzistan vilayətinin Bağmelk şəhərinə sürgün cəzası verilib. Behnam Şeyxiyə 10 il həbs, 2 il Xuzistan əyalətinin Məscidi-Süleyman şəhərinə sürgün cəzası alıb. Hamid Mənafiyə 10 il həbs, 2 il Loristan əyalətinin Azna şəhərinə sürgün cəzası verilib. Əkbər Azad 10 il həbs, İlam vilayətinin ucqar bir şəhərinə 2 il sürgün cəzası alıb”.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəalları Tehran məhkəməsinin bu qərarını alqışlarla qarsalayıblar. Bildirilir ki, onlara edam cəzasının verilməməsi hər kəs tərəfindən təəccüblə qarşılanıb. Güney Azərbaycan Milli Hərəkatının verdiyi açıqlamaya görə, həbslər, edamlar və təqiblər heç bir zaman milli dava yolunda mücadilə aparanları sapındıra bilməz.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

13:02