Gecə saatlarında işləyən fiziki şəxlər üçün yeni qanun qüvvəyə minib

 

Gürcüstan hökuməti günorta və gecə saatlarında işləyən insanlar üçün , yeni qanun qəbul edib.
 

Hökumətin aldığı qərara görə, qanun fiziki şəxlər üçün nəzərdə tutulub. Səhəti ilə bağlı problemleri və hamilə və yaxud uşağı 1 yaşını doldurmayan şəxslər işinin sadəcə yarı saatını işləmək hüququna malikdir.

Hökumət gecə saatlarında çalışmağın qaydalarınıda müəyyən edib. Alınan qərara əsasən, gecə saatlarında çalışmaq qanunla saat 22:00-dan 06:00-dək olmalıdır. Bu vaxt 7 saatı aşmamalıdır. Əlavə iş saatında işləyən insanların yazılı ərizəsi olmalıdır və bu saatlarda iş sahibləri qanunla əlavə maaş ödəməlidirlər. Sənədləri yerində olmayan iş yerlərinin sahibi isə yüksək məbləğdə cərimə olunacaqlar. Əmək müfəttişləri isə bu yöndə mütəmadi olaraq istənilən müəssisədə araşdırmaq hüququna malikdirlər.
Qeyd edək ki, belə bir qanunun qəbul edilməsi əhalinin gündəlik 10-12 saat müddətinə işləmək məcburiyyətində qalması kimi siyasətin qarşısını alıb. Bu, həm də vətəndaşlar tərəfindən yüksək rəğbətlə qarşılanıb.  
 

Naira Paşayeva
Gürcüstan, Tiflis

 

09:26