Freedom House Mehman Əliyevin həbsini pisləyib

 

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı Turan agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.

"Mehman Əliyevə qarşı ittihamlar, habelə onun ilkin həbsi Azərbaycanın müstəqil jurnalistikanı və bütün digər tənqidi səsləri susdurmaq səylərinin tərkib hissəsidir", - deyə Freedom House-un Avrasiya üzrə proqram direktoru Mark Berendt bildirib.

"Mehman Əliyev "Turan" İnformasiya Agentliyinə - ölkədə qalan sonuncu müstəqil informasiya agentliyinə rəhbərlik edir. Agentlik sentyabrın 1-dən etibarən bağlanmaqdan başqa yolu qalmadığını elan edib. Hökumət agentliyə qarşı əsassız maliyyə pozuntuları ittihamları irəli sürüb, bu da agentliyin bank hesablarının dondurulmasına gətirib çıxarıb. Hökumətin Turan-a və onun rəhbərinə qarşı əməlləri mətbuat azadlığına ciddi hücumdur", deyə bəyanatda qeyd edilir. Freedom House 2017-ci il üzrə hesabatlarında Azərbaycanı azad olmayan ölkələr, mətbuatı azad olmayan ölkələr və İnternetin qismən azad olduğu ölkələr sırasına aid edib.

Amerikaninsesi.org

12:19