Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti maraqla qarşılanıb

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti təqdim olunub.

Səhnə əsəri görkəmli bəstəkarın 110 illiyi çərçivəsində nümayiş olunub. Səhnə əsərində rolları xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Tamilla Məmmədzadə və Makar Ferştandt ifa edib. Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Qeyd edək ki, “Qız qalası”nın ilk nümayişi 1940-cı il aprelin 16-da baş tutub. Bu balet tamaşası Azərbaycan milli baletinin təməli sayılır. Azərbaycanda və Türk Dünyasında ilk balet əsəri kimi də tarixə düşüb.

Xudaferin.eu

19:21