Fransua Olland ikinci dəfə president olmaq istəmir

Fransa prezidenti Fransua Olland bildirib ki, 2017-ci ilin prezident seçkilərində ikinci müddətə prezidentlik iddiasında deyil. Bu məlumatı verən Reuters yazır ki, Ollandın bu addımı sürprizdir. Çünki prezidentin növbəti müddətə prezidentlik iddiasından geri çəkilməsi çox nadir hadisədir. Bir Sosialist olaraq, həyati əqidəmə uyğun olaraq mən qəbul edə bilmərəm ki, sol bölünsün.

Frans Press yazır ki, 62 yaşlı prezidentin bu qərarı onun populyarlığının son dərəcə aşağı olması ilə bağlıdır. Noyabrın 30-da elan olunan son sorğuya görə, Olland seçkiyə qatılsa, birinci turda cəmi 7 faiz səs toplaya biləcəkdi. Fransada prezident seçkiləri gələn ilin aprelində keçiriləcək. Həmin son sorğuya görə, seçki bu gün keçirilsə idi, qalib sağçı Respublika partiyasından olan Fransua Fillon olacaqdı.
Olland II Dünya Müharibəsindən sonra Fransada populyarlığı ən aşağı olan prezidentdir. İyun ayında Britaniya sakinlərinin əksəriyyəti siyasi elitanın arzularına zidd gedərək Avropa İttifaqından çıxmağa səs verdilər. İyun ayında Britaniya sakinlərinin əksəriyyəti siyasi elitanın arzularına zidd gedərək Avropa İttifaqından çıxmağa səs verdilər. Prezidentliyə Sosilaist partiyasından namizəd kim olacaq? - Frans Press yazır ki, bunu demək çox çətindir. Ollandın sürpriz qərarı Fransa və ümumilikdıə Avropa siyasətində son şok olaylardan biridir. Belə ki, bitməkdə olan il, Qərb seçicilərinin siyasi elitalara, onların idarəçilik üslubuna qarşı qüdrətli etiraz dalğası ilə müşayiə olunub.

Xudaferin.eu

13:22