Fransanın dövlət katibi Bakıda vətəndaş cəmiyyəti nümayəndələrilə görüşüb

 

Fransa baş naziri yanında dövlət idarəçiliyi məsələləri üzrə dövlət katibi Jan-Vinsent Platse bu gün Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup fəalı ilə görüşüb. Söhbət zamanı Azərbaycan vətəndaş cəmiyyətinin vəziyyəti və problemləri müzakirə olunub.

Patsenin sözlərinə görə, bu mövzu onun Azərbaycan rəsmiləri ilə görüşlərində də qaldırılıb.
Görüşdə iqtisadçı ekspertlər Qubad İbadoğlu, Samir Əliyev, Rövşən Ağayev, hüquqşünas Ziya Quliyev, Turan agentliyinin direktoru Mehman Əliyev, qadın fəal Şəhla İsmayıl və “Şəffaflıq-Azərbaycan” QHT-nin rəhbəri Rəna Səfərəliyeva iştirak ediblər.

Xatırladaq ki, J.V.Platse Azərbaycana iki günlük səfəri çərçivəsində prezident İlham Əliyev, ASAN Xidmət rəhbəri İnam Kərimovla görüşüb. O, həmçinin Bakıdakı Fransa liseyinə baş çəkib

 

TURAN İA

 

11:35