Fransadan Ermənistana ağır zərbə - Həmin qanun ləğv edildi

Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib. Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb. "Bu qanun, tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir", - deyə Konstitusiya Məhkəməsinin qərarda bildirilir.  Qeyd edək ki, qanunun ötən ilin oktyabrında Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub.

Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun, yekun qərarın qəbul olunması üçün, Konstitusiya Məhkəməsinə göndərilmişdi. Qeyd edək ki, adıçəkilən qanunda uydurma “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.

Cebhe.info

11:41