Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb

 

Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə gərə, Emmanuel Makron 23, 7 faiz, Marin Le Pen 21,7 faiz səsi toplayaraq ikinci tura keçiblər. Fransua Fiyon tərəfdarlarını Makrona səs verməyə çağırıb. Mayın 7-ə təyin olunmuş ikinci turda fransızlar bu iki nəfərdən birini V Respublikanın 8-ci prezidenti seçəcəklər.

On bir milyon fransız seçici səs verə bilməyəcək
 

“L'Express”in verdiyi məlumata görə, əsasən 7 milyon fransızın adı və ya ünvanı səhv yazıldığından səsvermədə iştirak edə bilməyəcək. 4 milyon fransız seçicinin adı isə heç seçki siyahısına salınmayıb. Bunun demokratik anomaliya olduğu qeyd edilir.
 

Xarici mediada Fransada seçkilərlə bağlı əsaslandırılmamış məlumatlar yayılıb

 

Xarici mediada (Belçika, İsveçrə və s.) Fransada prezident seçkilərinin birinci turunun nəticələri ilə bağlı əsaslandırılmamış məlumatlar yayılıb. Media qurumları “Opinion VVay” sorğu institutuna istinad etdiklərini bildirsələr də, bu institut deyilənləri təkzib edib. 
Fransa mətbuatında bildirilib ki, bütün yayılan məlumatlar əsaslandırılmamış, səhv məlumatlardır. Beynəlxalq sorğu institutları hesab edir ki, seçicilərin 78 faizi səsvermədə iştirak edəcək.

Xudaferin.eu
“Avropa Bürosu”

06:26