Fransada baş vermiş yanğında miqrantlar xəsarət alıb – FOTO

Fransanın şimalında yerləşən qaçqınlar düşərgəsində yanğın baş verib.

Xudaferin.eu-nun Report-a istinadla məlumatına görə, alov Qrant-Sent kommunasında, 1,5 min qaçqının yaşadığı düşərgəni bürüyüb. Hadisə zamanı 10 miqrant xəsarət alıb.

Yanğının soyuq silahlardan istifadə edən əfqan və kürd miqrant qruplaşmaları arasında kütləvi davadan sonra baş verdiyi bildirilir. Kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. Qarşıdurmanı aradan qaldırmaq üçün əraziyə xüsusi təyinatlı polis əməkdaşları cəlb edilib.

Yerli hakimiyyət orqanlarından bildirblər ki, taxta evciklərdən ibarət düşərgə tam yanıb.

 

Xudaferin.eu 

14:04