Fransada 300-ə yaxın aviareys təxirə salınacaq

 

 

Fransanın hava limanlarında işçilərin tətil etməsi səbəbindən 300 -ə yaxın aviareys təxirə salınacaq.  “World Breaking News” saytı bildirib tətilə səbəb Fransanın “Brest”, “Bordo” və “Eks-an-Provans” hava limanlarının əməkdaşlarının iş saatlarının azaldılması və iş şərtlərinin yaxşılaşdırılması tələbidir. Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınıb.

“Air France” aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanları uçuşları təxirə salacaq. Tətil martın 10-na kimi davam edəcək. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir.

 

Xudaferin.eu
“Avropa Bürosu”

 

11:52