Fransa ordusu İŞİD liderini məhv etdi

Fransa ordusu Malidə İŞİD-in (İslam dövləti terror qruplaşması) liderlərindən birini məhv edib.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə Fransa Müdafiə Nazirliyinin bəyanatında deyilir. 

İŞİD lideri Məhəmməd Aq Almunere Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin aviazərbələri nəticəsində ölüb. 

Həmçinin İŞİD-in daha bir nümayəndəsinin məhv edilməsi barədə məlumat verilsə də, Fransa Müdafiə Nazirliyi onun adını açıqlamayıb. 

Əməliyyat zamanı iki dinc sakin - qadın və yeniyetmə ölüb. Daha iki nəfər və İŞİD-in bir üzvü isə yaralanıb. 

Xudaferin.eu

12:23