Fransa Aİ-dən çıxa bilər

 

Fransa prezidentliyinə namizəd: “Avropa İttifaqında islahat keçirilməsə, “frexit”lə üzləşəcək”

Marin Le Pen: “Avropa İttifaqı “Azad və suveren dövlətlərin Avropa Alyansı” ilə əvəz edilməlidir”

“Avropa İttifaqında islahat keçirilməsə, “frexit”lə (Fransanın Avropa İttifaqından çıxmasın nəzərdə tutur – “Report”)l üzləşəcək”.
 

Bunu Fransa prezidentliyinə “İrəli!” Hərəkatından namizəd Emmanuel Makron BBC-yə müsahibəsində bildirib. O, Avropa ideyaları və dəyərlərinə sadiq “Avropayönlü” namizəd olduğunu vurğulayıb: “Əminəm ki, Avropa İttifaqının islahata ehtiyacı var. İttifaqın indiki formada qalmasına icazə vermək satqınlıqdır. Mən bunu istəmirəm. Ona görə də günlərin bir günü ya biz də “frexit”ə gedəcəyik, ya da “Milli Cəbhə” (prezidentliyə namizəd, rəqibi Marin le Penin partiyasını nəzərdə tutur – “Report”) hadisəsi olacaq”.

İkinci turda Fransa prezidentliyi uğrunda E.Makronla mübarizə aparacaq digər namizəd Marin Le Pen isə “Europe1” radiostansiyasına müsahibəsində bildirib ki, Avropa İttifaqı “Azad və suveren dövlətlərin Avropa Alyansı” ilə əvəz edilməlidir. Qeyd edək ki, mayın 7-də Fransada prezident seçkisinin ikinici turu keçiriləcək. Bu post uğrunda Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaq.

Muxalifet.az

17:46