Əfqanıstanda ABŞ səfirliyi yaxınlığında partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
 “RİA-Novosti”nin verdiyi məlumata görə, ABŞ səfirliyi və  NATO missiyası yaxınlığında baş verən hadisə nəticəsində 8 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Terrorçu-kamikadze əcnəbi qüvvələrin konvoyu keçən zaman partlayıcı qurğunu işə salıb. Hüquq-mühafizə orqanların qənaətinə görə, terrorçunun hədəfi Alyans koalisiyasının nəqliyyatı olub.

Xudaferin.eu
 

13:10