Əfqanıstan yenidən qana boyandı

 

Kabildə hospitala hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

 

Əfqanıstanın paytaxtı Kabil şəhərinin ən böyük hospitalına hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Həkim paltarı geyinmiş şəxslər hospitala daxil olaraq atəş açıblar. Əfqan polisinin məlumatına görə, hospitalda iki partlayış baş verib. Cinayətkarlarla təhlükəsizlik qüvvələri arasında baş verən atışma 6 saata yaxın davam edib. Hospitaldakı bütün xəstələr təxliyə edilib, yaxud təhlükəsiz yerlərə köçürülüblər. Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, insident nəticəsində azı 30 nəfər ölüb, 66 nəfər yaralanıb.

Qeyd edək ki, bu dəfə Əl Qaidə və Taliban kimi dəhşətli terror təşkilatlarının cinayət əməllərini İŞID həyata keçirməyə başlayıb. İŞID-ın Suriya, İraq, Liviya, Misir, Əlcəzair və Tunisdə mövqeləri daraldıqca, bu terror təşkilatı öz coğrafi məkanını dəyişməyə başlayıb. İndi də Pakistan və Əfqanıstan hədəfə alınıb.

Xudaferin.eu
“Araşdırma Mərkəzi”

09:21