Əfqan Muxtarlının şikayəti təmin edilməyib

 

Vəkil Elçin Sadıqov həmçinin, həbsdəki jurnalistin səhhətində problemlərin olduğunu bildirib.
 

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Gürcüstandan müəmmalı şəkildə Azərbaycan gətirilərək həbs edilən jurnalist Əfqan Muxtarlının şikayətini təmin etməyib. Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Şikayət Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarı ilə bağlı idi. Vəkilin bildirdiyinə görə, məhkəmə onların arqumentlərini qəbul etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarından öncə məhkəmə nəzarət qaydasında Səbail rayon Məhkəməsinbə şikayət edilmişdi. Ancaq həmin məhkəmə iyunun 16-da şikayəti təmin etməmişdi. Vəkil Elçin Sadıqov həmçinin, həbsdəki jurnalistin səhhətində problemlərin olduğunu bildirib. "Həkimlər təcridxanada Ə.Muxtarlının şəkərini yoxlayıb. Onlar rəy veriblər ki, jurnalistin şəkəri çox yüksəlib və təhlükəli həddədir. Həkimlər resept də yazıblar. Ancaq təcridxanada Ə.Muxtarlı dərmanla təmin edilməyib", vəkil deyib.

Amerikaninsesi.org

09:51