“Fitiləçilər” televiziyona geri dönür

İran mollakratiya və paniranizm-panfarsçı rejiminin dövlət televiziya kanallarında fars kökənli olmayan toplumları aşağılamaq, ezpovari bir dillə onları dəyərisz bir toplum kimi tanıtmaq adına idarə etdiyi “Fitilə” adlı uşaq proqramı yenidən teleməkanlara dönür. Bu yöndə “XUDAFERİN.EU”-nu bilgiləndirən qayanağın verdiyi açıqlamaya görə, Tehran mollakratiya rejimi “Ən yaxşı şousu” yeni proqramla teleməkana geri dönürlər. Tehran mollakratiya rejimi bu yöndə onları dəstəklədiyini də gizlətməmişdir.

Qeyd edək ki, “Fitiləçilər” şou proqramının aparıcıları 2015-ci il noyabr ayında  “Fitilə” proqramında Türk toplumunu fars şovinizminin ideyaları əsasında irqçilik planında ağaşılayan mövzularla çıxışlar etmişdilər. Özəlliklə də azyaşlı uşaqlar üçün hazırlanan bu proqrama qarşı bütün Güney Azərbaycan böyunca sərt şəkildə etirazlar səsləndiriliş və çoxsaylı aksiyalar keçirilmişdi. Bu səbəbdən mollakratiya rejimi yaranmış durumda suçluları cəzalandırmaq əvəzinə, Güney Azərbaycanda etiraz hərəkatının bir sıra fəallarını həbs etdirmişdi. Tehran, Kərəc, Həmədan və digər iri şəhərlərdəki yüzminlərlə etirazçıların “Fitiləçilər”ə qarşı sərt mövqe sərgiləməsinin sonucu olaraq, bu proqram dövlət tərəfindən qapadılmış, proqramın iştirakçıları isə uzun müddət gizli şəkildə rejim tərəfindən xüsusi qorunma altına alınmışdılar.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

15:20