Firdovsinin tövbə qapısı

Quşqusuz, fars yazınının ən ünlü qoşuqçusu Əbulqasim Firdovsidir. Firdovsi bir çox bilim adamlarına görə, aşırı irqçi olaraq tanınır. Bunun nədəni Firdovsinin “Şahnamə” adlı yapıtında uydurduğu fars gerçəkdışı qəhrəmanları və irəli sürdüyü irqçi, insancıldışı düşüncələridir. Firdovsi Şahnamə dizgəsi boyunca uydurduğu gerçəkdışı olaylar,  gerçəkdışı “fars qəhrəmanları”yla yanaşı, Türkləri, ərəbləri, başqa ulusları aşağılayaraq, farsları abartılı bir biçimdə uca bir ulus kimi göstərmişdir. Firdovsinin başqa ulusları necə və hansı dizələrlə aşağıladığı qonusunu ayrıca bir yazqada ələ almağı düşünürəm. Ancaq, indilik onun nə ölçüdə bir ırqçı olduğunu bilmək üçün ərəblərlə bağlı yazdığı aşağıdakı dizələri oxumaq yetər;

“Dəvə sidiyini içən və kərtənkələ yeyən ərəb
İşi öylə bir yerə çatdırmış ki
Kiyanilər tacını yiyələnmək istəyir
Tüpürüm sənin çarxına ey fələk, tuu!” [1]

Firdovsini bir qoşuqçu kimi tanıyanların böyük çoxunluğu, onu yalnız məsnəvi biçimində yazdığı “Şahnamə” adlı dizgəsiylə tanıyır. Firdovsinin yalnız “Şahnamə” deyil, onun “Yusuf və Züleyxa” adlı başqa bir dizgəsi də var. Firdovsi “Yusuf və Züleyxa” dizgəsini “Şahnamə” dizgəsindən sonra yazmışdır. Firdovsi böyük incəliklə “Yusuf və Züleyxa” dizgəsini “Şahnamə” dizgəsində olduğu kimi, məsnəvi biçimində, mütəqarib bəhrində qələmə almışdır.
Firdovsinin “Yusuf və Züleyxa” yapıtıyla ilgili, 1430 ilində Əmir Teymurun torunu  Baysunqurun buyuruğu ilə yazdığı “Şahnamə”nin ön sözündə də bilgi verilmişdir. Firdovsinin “Yusuf və Züleyxa” dizgəsinin ən əski 5 əlyazma biçimi [2] dışında, Baysunqur “Şahnaməsi” adıyla tanınan, Tehranın “Gülüstan Sarayı Muzeyi”ndə qorunub saxlanılan Firdovsinin “Şahnamə” yapıtı, bilgiləndirmə açıdan Firdovsinin “Yusuf və Züleyxa” dizgəsiylə bağlı indiyədək əldə edilən ən önəmli qaynaqlardan sayılır. [3]
Firdovsinin öz dediyinə görə yaşamının 30 ilini “Şahnamə” dizgəsini yazmağa adamışdır;

“Çox çilələr çəkdim bu 30 ildə
Əcəmi diriltdim bu parsi ilə” [4]

“Şahnamə”nin yaranmasının 30 il sürdüyünü gözönünə aldığımızda, “Yusuf və Züleyxa” dizgəsi Firdovsinin qocalıq illərində yaratdığı bir yapıt olduğu aydın olur. Bir çox bilim adamlarına görə, “Yusuf və Züleyxa” dizgəsi yazınsal açıdan “Şahnamə”dən daha üstün, insansevərlik açıdan olduqca dəyərli bir yapıtdır. Firdovsi qocalıq illərində yazdığı "Yusuf və Züleyxa" adlı dizgəsinin başlanğıcında öz keçmişindən peşmanlıq duyaraq “Şahnamə”də uydurduğu bütün olayları yalanlayır və orada adı çəkilən qəhrəmanların gerçək olmadığını yazır;

“Bir çox nağılları nəzmə çəkdim,
Əfsanədən və əski deyimlərdən.
Çeşidli nəzmdən bəzək vurdum,
Öz istədiyim nə varsa orada dedim.
Ürəyim bundan xoşlansa da,
Günah və əzab toxumu əkirdim.
O əkdiyim toxumdan peşman olmuşam,
Ürəyimlə dilimi düyünləmişəm.
İndi yalan öykülər demərəm,
Sözü boş deyimlərlə bəzəmərəm,
İndi günah və əzab toxumu əkmərəm.
Çünkü qara yerinə ağ gəldi artıq,
Bilmirəm bədən nə istər əzabdan başqa.
Əfrasiyabla Keyxosrovun savaşından?
Buna ağıl gülərsə yeri var,
Mənim özümdən bunu harda, haçan bəyənər ağıl?
Nədən boş yerə ömrümün yarısını azaldaraq,
Dünyaya Rüstəm`in adını yaydım?!
Bütün bunlardan bezdim artıq.
Həm pəhləvandan, həm Tusdan,
Həm də Zalın oğlundan (Rüstəm`dən).
İndi bu neçə gün qalan ömrümü,
Doğru və düz yolda qoymaq istəyirəm.
Bilginlərin getdiyi yolla getmək gərəkir,
Dəlilərin yoluyla getməmək gərəkir.
Bütün o nağıllar (Şahnamədəki nağıllar) ağ yalandı,
İki yüz öylə nağıllar bir ovuc torpağa dəyməz”. [5]

Firdovsi yuxarıdakı dizələri “Yusuf və Züleyxa” yapıtının başlanğıcında yazmaqla, öz keçmişindən, “Şahnamə”də uydurduğu yalanlardan dolayı “əkdiyi günah və əzab toxumu”ndan nə ölçüdə peşmanlıq duyduğunu açıq bir biçimdə və ən ağrılı sözlərlə bildirmişdir. Firdovsinin öz uydurduğu “ağ yalan”lara dayanan “Şahnamə”dən fərqli olaraq, “Yusuf və Züleyxa” nağılının qaynağı Tövrat”la “Quran”ın olduğunu göz önünə aldığımızda, “Yusuf və Züleyxa” dizgəsi öz yazınsal dəyəri ilə yanaşı, 30 il boyunca yalanlar uyduraraq “günah və əzab toxumu əkdiyi”ndən peşmanlıq duyan Firdovsi üçün, qocalıq illərində üzünə açılan bir “tövbə qapısı” sayılır əslində! Bu nədəndən dolayı, uzun illərdən bəri “Şahnamə”ni bütün farslara “Ulusal Kimlik” olaraq yedizdirən fars şovinist yazarları, yazınsal insansevərlik açıdan dəyərli olan “Yusuf və Züleyxa” dizgəsini uzun illər boyu örtbas edərək geniş yayınlanmasını önləməklə, Firdovsinin qocalıq illərində umduğu bu son “tövbə qapısı”nı onun üzünə qapatmışlar! Daha qatı şovinist yazarlar isə, “Yusuf və Züleyxa” dizgəsinin Firdovsiyə özgü olmadığını irəli sürməkdən belə çəkinməmişlər!...
“Yusuf və Züleyxa” dizgəsinin Firdovsiyə özgü olmadığını savunmaqla, Firdovsini öz kirli amaclarına qurban verən bu şovinist yazarlara bir yanıt olaraq, burada “Yusuf və Züleyxa” dizgəsiylə bağlı birneçə bilim adamlarının düşüncəsini paylaşmaq istəyirik.  Firdovsinin məsnəvi biçimində yazdığı “Yusuf və Züleyxa” dizgəsi, bir çox ünlü doğubilimcilərin də alqışını qazanaraq, onların odaqlandığı bir qonuya çevrilmişdir. İlk kəz ünlü alman doğubilimci, “Fars yazınının keçmişi” [6] adlı bitiyin yazarı Carl Hermann Ethe [7] söz qonusu yapıt üzərinə geniş araşdırmalar aparmış, onu 1889 ilində, “VII  Uluslararası Doğubilimcilər Konqresi”nin yayın sıralarına alaraq dünyaya tanıtdırmışdır. Hermann Ethe Firdovsiyə özgü olan “Yusuf və Züleyxa” dizgəsinin ən əski 3 əlyazma və 2 daşbasma biçiminə dayanaraq, söz qonusu dizgənin 3697 qoşadizəsini 1908 ilində yayınlamışdır. [8]
Dr. Ethe 1908-ci ildə yayınladığı “Firdovsinin Yusuf və Zülexa dizgəsi” [9] adlı bitiyin ön sözündə yazır: “Mən burada “Yusuf və Züleyxa” yapıtının Firdovsiyə özgü olduğuna ilişkin çeşidli qanıtlarımı vəya gerçəklərə dayanan və məni kəsin qərar verməyə götürən bəlgələri və yazılarım üçün tutarlı qaynaq olan daha geniş açıqlamaları bir daha yenələməyə gərək duymuram. Ayrıntılı bilgi əldə etmək üçün öncə, “VII Uluslararası Doğubilimcilər Koqresi”nə sunduğum yazılarımı [10], bir sıra önəmli doğrulamalarla gerçəkləşən, mənim “Neupersische Litteratur” adlı yapıtımı [11], “Yusuf və Züleyxa” yapıtının 5 əlyazma [12] və 2 daşbasma [13] biçimlərini oxuyun.” [14]
Ünlü ingilis doğubilimci və “Firdovsidən Sədiyədək fars yazınının keçmişi” adlı yapıtın yazarı [15], Edward Granville Browne (1862-1926), Firdovsinin yaradıcılığıyla bağlı söz qonusu bitikdə böylə yazır: “Ən güvənli bilgilər, bizim əldə etdiyimiz birincil qaynaqlardır. Öncə qoşuqçunun öz yapıtları olan birincisi “Şahnamə”, ikincisi “Yusuf və Züleyxa”, üçüncüsü isə, böyük özənlə toplanılan bəlirli sayıda qısa lirik qoşuqlarıdır” [16]
Edward Granville Browne, Firdovsinin “Şahnamə”si üzərinə verdiyi geniş açıqlamalardan sonra, qoşuqçunun “Yusuf və Züleyxa” dizgəsiylə bağlı böylə bir açıqlamada bulunur: “İndi keçək Firdovsinin bir başqa dizgəsəl yapıtına göz ataq; Onun məsnəvi biçimində yazdığı “Yusuf və Züleyxa” (Joseph ve Potiphar'ın arvadı) adlı romantik dizgəsinə.
“Yusuf və Züleyxa” sevgi nağılı, hər zaman fars-Türk qoşuqçularının ələ aldığı romantik bir qonu olmuşdur. Əldə etdiyimiz qaynaqlara görə, “Yusuf və Züleyxa” nağılını məsnəvi biçimində ilk kəz qələmə alan (Dr. Hermann Ethe`nin də qanıtladığı kimi) fars qoşuqçusu Firdovsi olmuşdur. Firdovsinin “Yusuf və Züleyxa” dizgəsində verdiyi bilgiyə görə, “Yusuf və Züleyxa” qonusunu ondan öncə Əbul-Muəyyəd Bəlxi düzyazı biçimində və Bəxtiyari adlı bir qoşuqçu da qoşuq biçimində qələmə almışdır. Ancaq bu iki yazar və qoşuqçunun ələ aldığı “Yusuf və Züleyxa” qonusuyla bağlı, Firdovsinin “Yusuf və Züleyxa” dizgəsindən başqa hər hansı bir yerdə bilgi verilməmişdir. Nə mutlu Firdovsi “Yusuf və Züleyxa” dizgəsini yazmışdır, yoxsa bu iki yazar və qoşuqçunun da “Yusuf və Züleyxa” nağılını qonu etdiklərinə ilişkin bilgimiz olmayacaqdı.
Firdovsinin “Yusuf və Züleyxa” dizgəsinin İngiltərə ilə Fransanın böyük bitikliklərində yetərincə əlyazma biçimi (ən əz 7 əlyazması) və Dr. Ethe`nin bulduğu, Hindistanda qorunub saxlanılan əlyazma biçiminin olduğuna baxmayaraq, bu yapıt, Doğuda olduqca az sayıda yayınlanmış, həm də çox çətin tapılır. Firdovsinin “Yusuf və Züleyxa” yapıtı, 3 kərə Hindistanda, bir kəz İranda daşbasma yöntəmiylə yayınlanmış, indi bizim əlimizdə Dr. Ethe`nin bu yapıt üzərinə yazdığı araşdırmacil yazısıyla birlikdə, Schlechta-Wssehrd`ın alman dilinə çevirdiyi Firdovsinin “Yusuf və Züleyxa” dizgəsinin 1889 ilində Vyanada yayınlanan qoşuqsal çevirisi də vardır.
Firdovsinin “Yusuf və Züleyxa” dizgəsiylə bağlı bizim üçün ən güvənli araşdırma, Dr. Ethe`nin yorulmaz və böyük çabasıyla ortaya gələn araşdırmalarıdır.
Dr. Ethe, böyük özənlə Firdovsinin “Yusuf və Züleyxa” yapıtını, daha sonralar qonu edən qoşuqçular Əbdul Rəhman Cami ilə Nazim Heratinin yazdığı dizgələrlə qarşılaşdıraraq yetərincə incələmişdir.
Dr. Ethe irəli sürdüyü düşüncələrdə haqlı olduğuna baxmayaraq, fars yazarlarının ağır təpkiləri ilə qarşılaşmış və qoyduğu əməyə dəyər verilməmişdir.
Dr. Ethe`nin araşdırmalarına görə, Firdovsi “Şahnamə”ni yazdığından dolayı peşmanlıq duyaraq xəyalqırıqlığına uğradığından sonra romantik biçimli qoşuqlar yazmağa üz gətirmişdir.” [17]
Türk Dili üzrə yazın uzmanı Prof. Dr. Nurullah Çetin, "Yeni Türk Şairinin “Yusuf ve Züleyha hikayesi” duyarlığı" adlı yazqasında, “Yusuf və Züleyxa” nağılını məsnəvi biçimiylə ilk kəz qələmə alan Firdovsinin olduğunu bu yazılarla onaylayır: “Yusuf və Züleyxa nağılı, ərəb yazınında İmam Qəzalinin “Bəhrül-Məhəbbə” adlı yapıtından başlayaraq istər düzyazı, istərsə qoşuq biçimində birçox yazınsal yapıta qonu olmuşdur. Həm İran yazınında, həm də başqa islam yazınlarında “Yusuf və Züleyxa” nağılını məsnəvi biçimiylə ilk qələmə alan qoşuqçu Firdovsi-i Tusidir” [18]
Orta Asya ilə Ortadoğu uluslarının dil və yazını üzərinə 300-dən çox araşdırmacı yazqalarıyla tanınan ünlü rus doğubilimci Yevgeni Eduardoviç Bertels (1890-1957), Firdovsinin “Yusuf və Züleyxa” dizgəsinə ilişkin öz düşüncəsini böylə ilginc bir yazıyla paylaşmışdır: “Firdovsinin “Şahnamə”si zaman sürəcində itib bataraq əlimizə çatmasaydı belə, yenə də onun “Yusuf və Züleyxa” yapıtı, öz özlüyündə İran yazını tarixinin ilk dizgəsi olaraq, dünya yazınının incilərindən birisi sayılardı” [19]
Göründüyü kimi bir çox bilim adamlarına görə, "Yusuf və Züleyxa" yapıtı yazınsal açıdan "Şahnamə" yapıtından heç də geri qalmır, bu yapıt Firdovsinin yazınsal dəyərini çoxaldır əslində! Ancaq uzun illərdən bəri Şahnaməni bütün farslara “Ulusal Kimlik” olaraq tanımlayan fars şovinizm yazarları, Firdovsinin “Şahnamə”də uydurduğu yalanlara dayanan "Qəhrəmanları" boşa çıxdığı üçün, "Yusuf və Züleyxa" yapıtının yayınlanmasını əngəlləmiş, daha qatı fars şovinistləri isə, bu yapıtın Firdovsiyə özgü olmadığını belə irəli sürməkdən utanmamışlar!

 [1] ز شاش شتر خوردن و سوسمار
 عرب را به جایی رسیدست کار
که تاج کیانی کند آرزو
تفو بر تو ای چرخ گردون، تفو!

[2] Firdovsi`nin “Yusuf və Züleyxa” dizgəsinin indiyə dək bulunan 5 əlyazma biçimi bunlardır;
1- Walker Or. 64, dated A. H. 1140, Bodleian Cat, vol. i, No. 505
2- Morley's copy in the British Museum, Add. 24,093, dated A. H. 1055, Rieu's Persian Cat., vol. ii. P- 545
3- Elliott 414, dated A.H. 1232, Bodleian Cat., vol. i. No. 506
4- Royal Asiatic Society, MS. Cat, No. 214
5- Bland's copy, originally in Major Macan's Library, afterwards in that of Col. Baumgertner, now in the British Museum, Or. 2930, Supplement to Rieu's Persian Cat., No. 200
 [3] 1430 ilində Baysunğur`un buyuruğu ilə, Nəstəliq xəttiylə qələmə alınan Baysunğur Şahnaməsi, Tehran`ın Gülüstan Sarayı Muzeyi, No. 4752

[4] Firdovsi`nin Şahnamə dizgəsindən;
بسی رنج بردم در این سال سی
عجم زنده کردم بدین پارسی
[5] Firdovsi`nin Yusuf və Züleyxa dizgəsindən;

به نظم آوریدم بسی داستان
ازافسانه و گـــــفته باســــتان
 هر گونه ای نظم آراستم
بگفتم درو هر چه خود خواستم

اگرچه دلم بود از آن بامزه
همی کاشتم تخم رنج و بزه
از آن تخم کشتن پشیمان شدم
زبان را و دل را گره بر زدم

نگویم کنون نامه های دروغ
سخن را ز گفتار ندهم فروغ
نکارم کنون تخم رنج و گناه
که آمد سپیدی به جای سیاه

ندانم چه خواهد بدن جز عذاب
زکیخسرو و جنگ افراسیاب
برین می سزد گر بخندد خرد
زمن خود کجا کی پسندد خرد؟

 که یک نیمه عمر خود کم کنم
جهانی پر از نام رستم کنم؟
دلم گشت سیر و گرفتم ملال
هم از گیو و طوس و هم از پور زال

کنون گر مرا روز چندی بقاست
دگر نسپرم جز همه راه راست
گرفتن یکی راه فرزانگان
نرفتن به آئین دیوانگان

نگویم دگر داستان ملوک
دلک سیر شد زآستان ملوک
که آن داستانها دروغ است پاک
دوصد زان نیارزد به یک مشت خاک

[6] Dr. Sadiq Rızazade Şəfəq`in “Tarix-e Ədəbiyat-e Farsi” adıyla Farcaya çevirdiyi bu bitik, 1958, 197 2 və 1977 illərində Tehran`ın “Bonqah-e Tərcome və Nəşr-e Kitab” adlı yayınevində yayınlanmışdır;

تاریخ ادبیات فارسی
اته هرمان 
ترجمه و حواشی دکتر رضازاده شفق
بنگاه ترجمه ونشر کتاب
تهران، 1337، 1351، 1356

[7] Carl Hermann Ethe (1844-1917), German Orientalist, author of “Neupersische Litteratur” in Grundriss der iranischen Philologie (1896-1904), best known for his catalogues of Islamic manuscripts, the most important of which are Catalogue of Persian, Turkish, Hindustani, and Pashtu Manuscripts in the Bodleian Library (2 vols., 1889-1930), and Catalogue of Persian Manuscripts in the Library of the India Office (2 vols., 1903-37, reprint London, 1980)

[8]  Yusuf and Zalikha by Firdausi of Tus
Edited from the manuscripts in the Bodleian Library, the British Museum, and the Library of Royal Asiatic Society, and the two lithographed text of Tehran and Lucknow (or Cawnpore) By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908
[9] Yusuf and Zalikha by Firdausi of Tus By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908
[10] Verhandlungen des VII Internationalen Orientalisten-Congresses in Wien, Semitische Section, pp. 20-45, Wien, 1888,
[11] Neupersische Litteratur By Carl Hermann Ethe Trübner, Strassburg, 1897, Band II, p. 229
[12] 1- W (Walker Or. 64, dated A. H. 1140, see my Bodleian Cat, vol. i, No. 505)
2- M (Morley's copy in the British Museum, Add. 24,093, dated A. H. 1055, see Rieu's Persian Cat., vol. ii. P- 545)
3- E (Elliott 414, dated A.H. 1232, see Bodleian Cat., vol. i. No. 506)
4- A (Royal Asiatic Society, MS. Cat, No. 214)
5- B (Bland's copy, originally in Major Macan's Library, afterwards in that of Col. Baumgertner, now in the British Museum, Or. 2930, see Supplement to Rieu's Persian Cat., No. 200)
[13] 1- Teheran, lithograph, A.H. 1299, kindly presented to me in 1885 by Mr. Sidney Churchill in Teheran
2- Naval Kishor Press, Lucknow, A.H. 1287 and 1290, collated by me in the British Museum, re-issued at Cawnpore A.H. 1298 and 1304, the latter in my private collection
[14] Yusuf and Zalikha by Firdausi of Tus By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908, Preface
[15] A Literary History of Persia From Firdawsi to Sa'di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd First published in 19o6
Second impression 1915
Third impression 1920
[16] A Literary History of Persia From Firdawsi to Sa'di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd, 1906, p. 131
[17] A Literary History of Persia From Firdawsi to Sa'di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd, 1906, s. 146-147
[18] "Yeni Türk Şairinin `Yusuf ve Züleyha Hikayesi` Duyarlığı" Prof. Dr. Nurullah Çetin Türkoloji Dərgisi, C.13, S.1, s.109-143.
 [19] Евгений Эдуардович Бертельс. Литературная энциклопедия, т. ii, c. 754? Y.E. Bertels. Yazınsal Bilgilik, C. 2, s. 754 (Rus dilində)

Yalaz Baysan, 28 May 2012 

16:07