“Financial Times”: Həsən Ruhani Güney Azərbaycanda səs qazanmaq üçün Urmu Gölü məsləsindən yenə faydalanır

 

İran mollakratiya rejiminin saxtakar islahatçı obrazı ilə çıxış edən prezidenti Həsən Ruhani Güney Azərbaycandan səs almaq üçün ye də Urmu Gölündən öz siyasi amacı üçün yararlanmaq taktikasını hədəf seçib. Aprelin 21-də BöyükBritaniyanın  tanınmış qazeti “Financial Times” bu məqsədlə xüsusi məqalə çap edib.

Həmin məqalədə belə qeyd olunur: “Keçən dövr Həsən Ruhani Güney Azərbaycanda Urmu gölünün xilası və bölgədə yaranmış ekoloji təhlükənin həlli yönündə, milləti maddi və ictimai çətinliklərdən qurtarmaq üçün bir sıra islahatçı vədlər vermişdi. Beləliklə Güney Azərbaycanın Urmu vilayətində digər rəqiblərinə nisbətən çox səs qazanmışdı. Bu gün onun hakmiyətində olan görvəlilər Urmu Gölü ilə bağlı mövcud problemləri bir daha gündəmə gətiriblər. Onlar əhali arasında yenidən süni şəkildə yalançı vədlərlə çıxış edir və təbliğatlar aparırlar. Ancaq, görünən odur ki, Urmu Gölü ilə bağlı yaranmış ekoloji təhlükənin aradan qaldırılması üçün ötən müddətdə heç bir dəyişiklik olmayıb. 
Həmin Həsən Ruhaninin görvləndirdiyi şəxslər “Urmu Gölünün xilası komitəsi” adı altında Güney Azərbaycan əhalisindən bu seçimlərdə səs qazanmaq üçün Urmu gölü problemini çözəcəklərini vədlərini bir kart və arac kimi istifadə edirlər.İran mollakratiya  rejimi prezident seçkiləri ərəfəsində Güney Azərbaycan əkincisindən səs almaq üçün Urmu gölü ətrafında əkinçilərə daha az təziq göstərir, onların səsin qazanmaq üçün sudan az istifadə etmələri haqda aylar öncə ki kimi rejim basqıların neçə qat azaldıb. Həsən Ruhani 2013-cü il mayın 19-da əhaliyə vəd edərək: “Urmu Gölü quruyarsa 14 vilayət duz fırtınalarına məruz qalacaq. Bu baş verərsə, insanların başına nə bəlalar gələr bir təsəvür edin?! . demişdi. Həsən Ruhani bu vədələri ilə Urmu gölü çevrəsində yaşayan əhalinin dəstəyini qazana bildi”- deyə “Financial Times”yazıb.

Qazet Urmu Gölü ətrafinda çuğundur əkinçiliyi ilə məşğul olan Mehdi adlı soydaşımızla  müsahibə aparıb. Qazetdə gedən müsahibəyə əsasən Mehdi deyir “ İranın 80 milyonluq əhalisinin üçdə biri 1/3 Türkdür. Urmu Gölü əhali üçün önəmli olduğuna görə məcbur olaraq Həsən Ruhaniyə inandıq. Bəlkə göllə bağlı yaranmış ekoloji problemlərin çözümü üçün o bir islahatçı kimi gərəkən addımları atacaq. Bütün uşaqlıq xatirələrim bu gölün  ətrafinda keçib. Xatırlyarıam ki, isti yay günlərində qohum dostlarımla birlikdə bu gölə gəlib üzərdim.”

Qeyd edək ki, Güney Azərbaycanın Urmu gölü İran mollakratiya rejiminin “Sepah” cəza  dəstələrinin inzibati dəstəyi ilə iqtisadi və cinayət mafiyalarının hədəfləri ilə qurudulur. Bu məsələ illərdir Güney Azərbaycan Türklərinin etirazlarına və nigrançılıqlarına səbəb olub. İran mollakratiya rejiminin hazırki prezidenti Həsən Ruhaninin 4 il öncə seçki öncəsi öz kampaniyasında Urmu Gölünün xilas ediləcəyi ilə  bağlı yalan vədlər vermişdi.  Onun əsas hədəfi isə milləti sandıq başına çəkməklə və haqlı etirazları beləliklə etkisiz duruma gətirmək oldu. Ancaq vədlərinə əməl etməyən Həsən Ruhanidan savayı, gölün sürətlə “Sepah” tipli antyitürk bir qurumiun əli qurudulması davam etdi. Elə bu gün də gölün xilası üçün heç bir əməli addım atılmayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

19:26