FETÖ-nun Klintona nə qədər ianə verdiyi ortaya çıxdı

Fetullah Güləçi  Terror Təşkilatının (FETÖ) ABŞ-dakı quruluşunun prezidentlik seçkilərində məğlub olan Demokratlar Partiyanın namizədi Hillari Klintonun seçki kampaniyasına təxminən 2 milyon dollar ianə verdiyi iddia edilib. FETÖ-nun daha əvvəl də Klintona ianə etdiyi və yaxın münasibət qurmaq üçün səy göstərdiyi məlum olub. Fərqli adlar üzərindən ianə keçirildiyi üçün FETÖ-nun seçkidə Klintona nə qədər ianə etdiyi dəqiq müəyyənləşdirilməyib. Demokrat Partiyaya yaxın bir qaynaq rəqəmin 2 milyon dollar ətrafında olduğunu bildirib.

Qeyd edək ki, 1991-ci ildən ABŞ-a məxsus CİA kəşfiyyat mərkəzinin dəstəyi ilə Fətullah Gülənin rəhbərliyi altında Türkiyəyə məxsus olan missiyanı əvəz etməklə, əslində fərqli bir siyasətin yürüdlməsi nəticəsində ötən 25 ildə böyük mənəvi aşınmalar ortaya çıxıb. Beləliklə də aqrar ölkədən sənaye deövlətinə çevrilən Türkiyənin inkişafına FETÖ-çular tərəfindən zaman-zaman sarsıdıcı zəbərlər vurulmuşdur. Din, əşirətçilik, dialoq pərdəsi altında uzun müddət FETÖ hörgütü dərin siyasi riveranslar etməklə Türkiyəni tamamilə nəzarətə almaq siyasətini yürüdüblər. Ötən ilin iyul ayında hətta Türkiyədə dövlət çevrilişi edərək hakimiyyətə ələ almaq üçün bir sıra təşəbbüslərdə bulunublar. Hal-hazırda FETÖ hörgütü və onun lideri Fətullah Gülən dövlətə xəyanaət maddəsi ilə suçlu sayılırlar.

Xudaferin.eu    

12:36