FED-in gözlənilən qərarı manata necə təsir edəcək?

Nemət Əliyev: «Onsuz da dəyər itirməkdə olan manat daha da dəyərdən düşəcək»

Fed rəsmisinin çoxu, Fed-in nisbi yaxın bir zamanda faiz artırmasının uyğun olacağını düşünür. Həmçinin, əksər Fed səlahiyyətlisi,məşğulluq bazarında həddindən artıq bir “istiləşmənin” iqtisadi sabitlikdə risk faktorunu artıracağı fikirindədir. Bir neçə Fed üzvü isə, dekabrda faiz artırılmasının Fedin nüfuzu baxımından əhəmiyyətli olacağını düşünür. Bəzi digər bir neçə üzv isə, məşğulluq bazarında işsizlik hədəfinin aşılmasının faydalı olacağı fikirindədir. FOMC-ın 23 Noyabrda təşkil etdiyi yığıncaq nəticəsində çıxan protokollara görə, bəzi Fed səlahiyyətliləri məşğulluq bazarını tam məşğulluğa yaxın olaraq görür.
Protokollarda, “Əksər Fed səlahiyyətlisi, iqtisadiyyata bağlı risklərin balanslaşmağa başladığını düşünərkən, bəzi üzvlər isə qlobal risklərin davam etdiyi fikirindədir” deyilir. Protokolların açıqlanmasının ardından Dollar mühüm valyutalara qarşı bahalaşmasını davam etdiri. Avro/dollar məzənnəsi 1.0529 səviyyəsinə gəlib. FED-in gözlənilən qərarı manatın məzənnəsinə necə təsir edəcək? Onsuzda dolların təzyiqi altında qalan manat hər ötən gün mövqelərini itirməkdədir.
İqtisadçı Nemət Əliyev bildirdi ki, FED-in qərarı elə bir məsələdir ki, bu yalnız onların özündən asılıdır və Azərbaycanın bu prosesə təsir etmək gücü yoxdur. Ona görə FED-in qərarı ilə bağlı cidi narahatçılıq keçirilməsinin tərəfdrı deyiləm. Çünki FED nə qərar verəcəksə, manat da ona görə hərəkət etməlidir: «Amma əlbətdə ki, bütün dünyada  dolların qiymətinin qaldırılması Azərbaycana da təsir edəcək. Onsuz da dəyər itirməkdə olan manat daha da dəyərdən düşəcək. Amma FED uçot dərəcəsində elə bil dəyişiklik aparmayıb. Lakin biz manatın dollar qarşısında ən azı iki dəfədən çox dəyər itirməsinin şahidi olmuşuq. Faktiki olaraq dollar bu gün 1.78-dən baha satılır. Amma bu son dövrlərdə mili valyuta görün nə qədər dəyər itirir. Dolların uçot dərəcəsinin sabit qaldığı dövrdə də manat dəyər itirir. Azərbaycan hökuməti milli valyuta ilə bağlı düzgün siyasət yürütməlidir. Manatın süni şəkildə dəyərdən salınması dayandırılmalıdır».

Xəyal
(Azadliq.info)

17:44