Farsların “İstiqlal” takımı “Traxtur”un təkərləri altında əzildi

 

Güney Azərbaycanın başkəndi Təbrizin Səhənd-Qurdlar Dərədi stadionunda “Traxtur” futbol takımı ilə Tehranın “İstiqlal” takımı arasında oynanılan futbol yarışması 1-0 hesabi ilə “Traxtur” xeyrinə başa çatıb.Qol oyunun 87-ci dəqiqəsində “Traxtur” takımının hücumçusu Məhəmməd İbrahimi tərəfindən vurulub. Bununla da “Traxtur” takımı 53 xalla liga cədvəlinin 2-ci pilləsinə yüksəlib.

“Traxtur”-“İstiqlal” görüşündə meydana toplaşan tamaşaçıların sayı təxminən 50 min nəfər olub. Demək olar ki, bu qədər sayda tamaşaçının 99 faizi Güney Azərbaycan Türkləri olublar. Aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel faciəsi və eləcə də 1979-cu il aprelin 20-də kürd köçərilərinin silahlı terrorçu qruplarının Güney Azərbaycan Sulduz şəhərində törədikləri -Türk soyqırımının anısına “Traxtur” takımının  oyunçuları və yandaşları qara geyimlərlə görüşü izləməyə gəliblər. Bununla yanaşı onu da qeyd etmək gərəkdir ki, “Traxtur” futbol takımının yYandaşları sel faciəsi və Sulduz Qətliamının xatirəsinə görə milli şüarlar və şeirlər səsləndiriblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

20:57