Fars şovinizmi “paniranizm” konsepti ilə hərəkət edir

İran mollakratiya rejimi ölkədəki sosial problemləri həll etməkdə aciz qaldığı üçün ictimai proseslərdə fərqli texnologiylardan yayınmaq hədəfini seçib. Əmmaməli oliqarxlara çevrilmiş “ayətullah”lar rejiminin fəndgirliyinin sirri də bundadır. İstənilən topluma qarşı həqarətlər yağdır, sonra heç nə olmamış kimi “üzr” dilə. Mollakratların gündəmə gətirdiyi  oyunların arxasında duran hədəf mümkün qədər toplumu bu gün üz-üzə qaldığı dəhşət saçan sosial problemlərdən uzaq tutmaqdır. Özəlliklə Güney Azərbaycan məsələsində və inqilablar beşiyi olan qoca Təbrizdə Türkün zamanla dolan enerjisinin fərqli biçimdə bəlirsizliyə yönəldilməsi üçün bu addımlar atılır. Üç milyonluq toplumu olan Təbrizin illik büdcəsi ilə 300 minlik toplumu olan Şirazın arasındakı fərqlər azından dörd dəfə çoxdur. Bu gerçək Güney Azərbaycanın bütün bölgələrinə aiddir. Tehranda basılan gündəclər (qəzet), dərgilər “paniranizm” və “panfarsizm” ideoloji konseptini ictimai təsir vasitəsi kimi biz Türklərə qarşı bunca həqarətlər yağmurları yağdırırlar. Bunun qarşılığında bizlər nə edirik? Sadəcə etirazlar səsləndirməklə işimizi tamamlayırıq. Fikrimizcə ölkənin Ana Yasa qanunlarından yararlanaraq özgür basın düzənimizi qurmalıyıq.

"Tarhe no" gündəcinin fitnəsi

Tehranda basılan gündəcdə Türklərə qarşı təhqir dolusu yazının getməsi təsadüfi olay deyil. Gündəcin baş yazarı olan Məhəmməd Rza Rəbbani utanmadan belə deyir: “Biz Türkləri aşağlmamışıq. Əbülqasım Firdovsinin “Şahnamə” əsərində qeyd olunan fikirləri gündəmə gətirmişik. Axı Firdovsi İran adlı bir məmləkətdə farsların güclü olması üçün “Şahnamə” əsərini yazıb”. 1925-ci ildən Firdovsi ideoloq kimi İranın fikir babası sayılır.  “Tərhe no” gündəcində, bundan öncə dövlət kanalında uşaqlar üçün yayınlanan “Fitilə” verilişində, “İran” gündəcinin “Kudək” (bəbə) adlı özəl buraxılışında Mana Neyestaninin “hamam böcəyi” karikaturası Türklərə qarşı həqarətlərin yayılması mollakratiya rejiminin gerçək mahiyyəti deməkdir. Bu yöndə BMT kimi qatı antitürk mərkəzi Tehran rejiminə dolayı yolla dəstək verir. Belə olmasaydı, Mana Neyestani BMT səviyyəsində “ilin ünlü karikatur rəssamı” ödülünü almazdı. “Fitilə” verilişi Tehran rejiminin strateji hədəflərini gündəmə gətirən “ən yaxşı TV proqramı” ödülünü alıb. Mollakratiyanın bunca antitürk siyasətinə ilgisinin sirri “şiəlik” adı ilə Türkləri tamamilə assimliasiya edə biıməməsidir. Firdovsinin “Şahnamə”sini örnək göstərməklə “paniranizm”in gücləndirilməsi işi artıq öz çağını çoxdan ötüb. Min ildir farsların Firdovsinin gizli saxladığı “Yusif və Züleyxa” əsəri bu gün Tehranda çap olunub. Bu əsərdə Firdovsinin özü etiraf edir ki: “Mən Şahnamədə nə yazmışamsa, bunlar uydurmadır”. Tehran mollakratiya rejimi Türklərə qarşı təhqir yazanlardan indiyə qədər kimsəni nə həbs edib, nə də qanunla onları cərimələməyib. Bütün bunlara qarşı öz etirazlarını bildirən insanları həbs edib. Onlara zindanlarda ağla gəlməz dərəcədə işgəncələr verilibb. Hətta məhkəmələr irqçiliyə qarşı etiraz edənlərə  fantastik miqyasda pulla cərimələrə kəsib. Güney Azərbaycan boyunca etiraz hərəkatı başlayan kimi, anındaca Tehran rejimi bütün bölgələrə qoşun yeridib. Demək olar ki, ölkənin güc strukturları “Türkü təhqir” etiraz aksiyalarına qoşulanları təqib etməklə yanaşı, bu yöndə dəhşətli işgəncə metodlarını işə salır. Güney Azərbaycanın Qəzvin, Zəngan, Həmədan, Urmu, Səlmas, Sulduz, Qoşaçay, Soyuqbulaq, Miyanə, Mərənd, Təbriz, Meşkin, Xalxal, Sərab, Savə, Əhər, Tuserqan, Sirdan, Binab, Nəmin, Takistan, Abyek, Rəzqan, Xürrəmdərə, Zərinabad və başqa şəhərlərində "Tarhe no" gündəcinə qarşı etirazların ən son həddə çatması, milyonlarla Türk insanının Tehran mollakratiya rejiminə qarşı bunca həqarətli sitasətinin durdurulması tələbləri artmaqdadır. Tehranda yaşayan soydaşlarımız belə, “paniranizm” və “panfarsizm”ə son qoyulması tələbləri ilə çoxminlik mitinqlər keçirirlər. Min dəfələrlə təəssüflər olsun ki, bütün bunları dünyanın demokratik və özgür basını (KİV) yayınlamaqdan imtina ediblər. BMT bu dəfə də “altun susqunluq” nümayiş etdirməkdədir.

İnqilablar yurdu Təbriz

XX yüzillikdə “Məşrutə İnqilabı” (1906-1911-ci illər), “Azadistan Hərəkatı” (1917-1920), “Xorasan Hərəkatı” (1930-1935), “21 Azər Hərəkatı” (1945-1946), “Fədailər Hərəkatı” (1961-1965), “23 Bəhmən İnqilabı” məhz Güney Azərbaycanla bağlı olub. Ölkənin orta yüzilliklərin qaranlıq yaşam düzənindən çıxarmaqla yeni dünya anlamına yönəltmək də Təbrizdəki inqilabların sayəsində baş verib. Bu inqilabların sonucunda dünya birliyi ilə əlbir olan “paniranizm” və “panfarsizm” qalib gəlib. Özünü demokratiyanın beşiyi sayan Avropa bu proseslərdə daim qorxulu Tehranın yanında yer alıb. Öz imicini bütün dünya boyunca humanizmin yanında yer aldğını göstərməklə çaba yapan BMT-nin susqun olması əslində “paniranizm” və “panfarsizm” siyasətini yürüdən mollakratiya rejiminə dəstək verməsi deməkdir. Bunun gerçək bir səbəbi var. O da BMT və yandaşı olan uluslararası qurumların antitürk mahiyyətinə bağlıdır. İki gündür Güney Azərbaycanın bütün şəhərləri, qəsəbə və kəndlərində milyonlarla insan ayağa qalxaraq bir milli varlıq kimi rejim tərəfindən təhriq siyasətinə son qoyulmasını tələbini irəli sürüblər. BMT başda olmaqla bütün dünya bu gerçəkliyə göz yumur və susur. Mollakratiya rejiminin xüsusi cəza dəstələri, ordu və güc strukturları etiraz edənlərə qarşı qəddarlıq nümayiş etdirir, uluslararası insan haqları qurumları bu vəhşətləri səssizcə seyr edir. Ən azından sosial şəbəkələrdə yer alan etiraz mitinq və yürüşlərin fotoları və videoları seyr etməklə bu gerçəkləri dəyərləndirmək çox asan bir işdir.

Bəzi araşdırmaçılar yalnış olaraq, belə bir ideya irəli sürürlər ki, guya İranda islahatçılar və mühafizəkar adlı qruplaşmalar mövcuddur. İslahatçılar rejimi çalxalamaq üçün biz Türklərdən yararlanmaq siyasətini yürüdürlər. Güney Azərbaycan ayağa qalxarsa, bu üsulla prosesləri mühafizəkarlara qarşı yönəltmək də asan olacaq. Biz isə bildiririk ki, Tehranda farslara dolayı yolla dəstək verən uluslararası birliklərin, mühacirətdə pusqu quraraq İranda hakimiyyətə gəlmək uçun “neoirançı” virusunun planları ilə addımlar atan “şahçılar”, “milli burjuaziya”, islamçı kommunizm xəstəlliyinə tutulmuş “mücahidlər” və digər qruplaşmalar gözlərini Güney Azərbaycana dikiblər. Ancaq, onlar unudurlar ki, bu gün Güney Azərbaycan tamamilə fərqli bir düşüncəyə sahibidir. Güney Azərbaycanda aydınlar ana dilində təhsil, gündəc, TV kanallar, milli mədəni mərkəzlərin yaradılması, kitab nəşrlərinə olan yasaqların aradan qaldırılması və başqa milli sorunların çözülməsi ideyası ilə çıxış edirlər. Bununla yanaşı, ölkənin milli gəlirlərinin ədalətli şəkildə idarə edilməsi, Güney Azərbaycanın bütün vilayətlərində sosial-iqtisadi problemlərin çözümü yönündə islahatların aparılması kimi tələbləri ortaya qoyublar. Doğal olaraq, bunca qatı antitürk mahiyyətli siyasətin Güney Azərbaycanda durdurulması zamanın şərtləri sayılır. Tehran rejimi istər islahatçı, istərsə də mühafizəkar siyasətlə olsun, heç zaman Güney Azərbaycan məsələsində ədalətli mövqe tutmayacaqdır. Hələ mühacirətdə olan başqa siyasi çevrələri demirik. Onlar da Tehranda ağalıq edən “kələmbaşlar rejimi” qədər qatı antitürk baxışlarla hərəkət edirlər.
Bu gün Orta Doğudakı inqilabların, hakimiyyət dəyişikliklərinin, vətəndaş savaşlarının bir ucu İran mollakratiya rejiminə tərəf səmum yeli kimi əsməkdədir. Bu prosesləri xəfif bir şəkildə diqqətlə izləyən Tehran rejimi ölkə daxilində qəddar siyasət aparmaq hədəfini gizlətmir də. Ona görə də bütün gözlər Güney Azərbaycana, özəlliklə də Təbrizə dikilib. Gerçəkdən Orta Doğuda dünya birliyi BOP projesinin standartlarına uyğun yeni dünya düzəni qurmaq istəyirsə, o zaman Türkü inkar siyasətindən əl çəkməlidir. İraq, Suriya və digər Orta Doğu ölkələrində Türkləri inkar sonucda bölgədə marağı olan dövlətlərə çox böyük zərərlə başa gələcək, hətta baş bəlasına çevriləcək. İnqilablar yurdu qoca Təbriz ayağa qalxdığı təqdirdə, onların tarix boyu irəli sürdükləri təşəbbüslər də yox olacaq. Kim bu gerçəkliyi tanımaq istərmirsə, MƏMLÜKLƏR və onlardan sonra gündəmə gəlmiş tarixi bir də oxusun. Türkün ədalət zəfəri sadəcə özü üçün deyil, bəşəriyyət üçün də çox vacibdir. Sömürgəçi ideyaların, dinlərin aqibəti qoca tarixin ən üstün qisasıdır. Bax bunu unutmaq olmaz.

Qorxulu Tehranın “qorxulu oyunları” öz başında çatlayacaq

Mollakratiya rejiminin Orta Doğuda son 14 ildə yaşanılan proseslərdən dərs almaması,  dolayı yolla diktatura rejimlərini savunan Çin, Rusiya və Hindistanla strateji müttəfiqlik nümayiş etdirməsi dünyanın yenidən şəkillənməsinə qarşı çıxması deməkdir. Diktator rejimlərinin çöküşü kimi XXI yüzilliyin şərtləri budur. Tehran rejimi prosesləri əngəlləmək üçün, Suriya, Fələstin, İraq, Pakistan, Əfqanıstan, Bəhreyn, Yəmən və başqa ölkələrdə böyük oyunlara girişib. Güney və Quzey Azərbaycanla sınır bölgəsi olan Ermənistanla sıcaq ilişkilərinin mənası budur. Başda İngiltərə olmaqla Avropa dövlətlərinin bu günün maraqları çərçivəsində dolayı yolla Tehran rejiminə dəstək vermələri tamamilə yalnış addımdır. Onlar unudurlar ki, Güney Azərbaycan Misir, Əlcəzair, Tunis, Suriya, İraq, Yəmən, Fələstin, Liviya deyil. Ərəblər tarix boyu dövlətçilik ənənəsinə sahib olmayıblar. Hindistandan indiki İran adlı ölkəyə miqrasiya etmiş kirayənişin farslar da dövlətçilik siyasətinin nə olduğunu bilmirlər. Farslar hindlilər kimi mistik ideyalarla dövlət qurmaq kimi proseslərdə hakimiyyətdə qala bilməzlər. Yalandan “sasanilər”, “əhəmənilər”, “kuruşlar”, “daryuşlar”, “pəhləvilər” haqqında xəyali oyunları qurmanın mənası yoxdur. Öz varlıqlarını qorumaq üçün türkü assimliasiyaya uğratmaqla onun genetik gücündən yararlanmağın da bir sonu yoxdur. Uydurma “fars-türk dualizmi” ideyalarının puçluğunu  hər kəs anlamağa başlayıb. Farsların dinçi pərdəsi və əbasına bürünmüş “əhli beyit”, “əl xoda”, “hezbollah”, “ələvi” və başqa hoqqalarının da sonu olmayacaq. Mistik dini inanc baxımından ərəblərin haqqı çatdığı halda, onların özləri tarixdə yaşanılanların peşində deyillər. “Cəfəri”liyi süni şəkildə əlində bayraq etmiş fars ideoloqları və Hindistanın Dehli şəhəri üzərindən idarəçiləri ingilislərin yeni sömürgə siyasətinin də sonunun çatmasına az qalıb. Suriya, İraq, Yəmən, Misir, Əlcəzair, Tunis, Liviya və Fələstindəki olaylara görə yurdundan perik düşmüş ərəblərə heç bir ərəb ölkəsində “savaş qaçqınları” statusu verilməyib. Hər biri milyardlara sahib olan şeyxlərin öz doğma  qardaşlarına humanizm göstərərək onların yanında yer almaması acı gerçəklikdir. İran adlı ölkədə mollkaratiya rejimi özünü “dünya müsəlmanlarının lideri” sayır. Ancaq, bir nəfər də olsun “müsəlman qaçqını”na sığınacaq verməyib. Tehrandakı oliqarx mollakrat ayətullahların gerçək üzü budur. Dindaşlarına bunca soyuq ilgi göstərirlərsə, deməli qorxulu Tehranın “qorxulu oyunları” ayətullahlar üçün hər şeydən ucadır. Üzdə guya “dünya məzlumları”nın hamisi olduğunu nümayiş etdirsə də, “paniranizm” və “panfarisizm”in yanında yer alanların himayədarı rolunda çıxış edir. Qorxulu Tehran rejiminin “qorxulu oyunları”nın mənası  budur. Güney Azərbaycan öz milli haqlarına sahib çıxmaq üçün yola çıxdığına görə, “paniranizm” və “panfarsizm” oyununun elə öz başlarında çatlayacağından çox qorxur. Türkü inkar, ona qarşı təhqir siyasətinin gündəmə gətirilməsinin anlamı budur. Dünyanın antitürk siyasətinə önəm verən güclərinə bu addımı ilə mesaj ötürür: “İran adlı ölkədə 35 milyonluq Türk toplumunu əzməyə hazırdır. Antitürk siyasətinə önəm verən dövlətlər mollakratların yanında yer alsalar Orta Doğuda yeni sömürgəçi siyasətlər də asanlıqla yer alacaqdır”. Londondan idarə olunan “Urmu TV” kanalının da amacı budur: “Güney Azərbaycan parçalanmalı, əraziləri Kürdüstan və Ermənistana birləşdirilməlidir”. Bütün bunlar xəyali yanaşma olsa da, Güney Azərbaycan möhtəşəm xarakter daşıyan MİLLİ HƏRƏKAT öncəki inqilabi proseslərdən çox  güclüdür. Bu dəfə intellektual dəyərlərlə hərəkət edir. Qorxulu Tehranın “qorxulu oyunları”nın elə onun öz başında çatlayacağı artıq an məsələsinə çevrilib. Demək olar ki, bu proses sadəcə Təbrizdə deyil, Tehranın özündə daha güclü və intizamlı xakater daşımaqdadır. Farslar da ermənilər kimdirlər. Kitablarda, gündəclərdə, dərgilərdə türkü aşağılamaqla güc nümayiş etdirməyi sevərlər. Türklər isə milli iradə düsturuna önəm verərlər. Tehran mollakratiya rejimi bu gerçəyi unutmamalıdır.

Ənvər BÖRÜSOY

12:14