Fars şovinistləri Türkləşən Tehranı başkənd olmaqdan çıxarmaq istəyirlər

 

“Paniranizm” və “panfarsizm” ideoloji xəstələyinin sonucu olaraq, 1925-ci ildən bu yana  farslaşdıra bilmədikləri başkənd Tehran son 40 ildə Türk nüfuzuna görə də daha da irəli getməkdədir. Bunu İran mollakratiya rejiminin parlamentində 73 deputat “islam inqilabı lideri” ayamalı Seyid Əli Xamaneyiyə müraqciət ediblər. Həmin müraciətdə qeyd olunur ki, Tehran şəhərinin başkənd kimi statusu dayandırılmalı və yeni başkənd başqa şəhərə verilməlidir: “Bunun üçün də islam inqilabının liderindən dəstək verilməsi ən doğru addımdır”. 

“XUDAFERİN.EU”-ya daxil olan bilgilərə görə, mollakrat rejiminin ən qatı mühafizəkar deputatı kimi tanınan Əbulfəz Əbuturabi bildirmişdir ki, Tehranın böyük bir meqapolis şəhərinə çevrilməsi sonucu olaraq, əhalinin sıxlığının və yeni göydələnlərin inşasının sürətli artımı, şəhərin havasının daha da çirklənməsi, tıxac sorunu və zəlzələ riski kimi səbəbləri nəzərə alaraq hazırlanmış və 2013-cü il dekabr ayında ölkə parlamentində də öz təsdiqiuni tapan layihənin həyata keçirilməsi sadəcə mənim şəxsi istəyimlə deyil, həm də bu ideyanı dəstəkləyən 73 deputat vardır. Biz hamılıqla Seyid Əli Xameneyiyə buna görə rəsmi məktubla müraciət etmişik.
Qeyd edək ki, əksər mütəxəssislər də etiraf edirlər ki, Azərbaycan Türklərinin qədim şəhəri Tehranda yanvar ayında 26 adamın həyatını itirdiyi “Plasko İş Mərkəzi”ndə çıxan yanğın olayına işarə edən Əbülfəz Əbuturabi onu da bildirmişdir ki: “Bu olay Tehranda şəhərsalma baxımından təhlükə risqlərinin daha artması sonu bəlli olmayan ən dəhşətli olaylara yola aça bilər. Deputatların Xameneyiyə xitabən yazdıqları məktubda onun başkədin köçürülməsi üçün parlamentin bu barədə daha qısa zamanda qərar verməsi çox vacibdir”.
Əbulfəz Əbuturabi onu da qeyd etmişdir ki: “Plasko olayı Tehranın bu cür təhlükələrə qarşı nə qədər müdafiəsiz olduğunu göstərdi. Bu durumun başkəndin Tehrandan başqa bir şəhərə daşınması barədə planın zərurətini də ortaya qoydur. Bundan öncəki ölkə parlamentinin dönəmində ölkənin siyasi hakimiyyəti başkəndin köçürülməsi haqqında  layihə qəbul edilmişdi. Buna baxmayaraq Həsən Ruhani bir prezident kimi indiyə qədər bu layihənin həyata keçirilməsinə lazımi əhəmiyyət vermir. Tehranda əhalinin sayı 16 milyon ötüb. Tehranın statusunun dəyişdirilərək başqa bir şəhərə daşınmasına yönəlik layihə 25 dekabr 2013-ci ildə 290 deptatdan 110 nəfərinin dəstəyi ilə qəbul edilmişdi. Plan çərçivəsində yaradılan şura ba.kənd üçün “ən yaxşı alternativin hansı olacağı” məsələsi yönündə işlər aparır.
Onu da bildirək ki, Tehran tarixi və coğrafi baxımdan Güney Azərbaycanın əsas mədəni mərkəzlərindən və şəhrlərindən hesab olunur. Bununla yanaşı, indi 16 milyonluq Tehran əhalisinin 9 milyon nəfərinin Türklərdən ibarət olması, son illərdə Tehranda Türklük milli düşüncəsinin daha da gəlişməsi faktiki olaraq, fars, erməni, kürd və digər toplumların da ciddi şəkildə rahatsızlığına nədən olub.  

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

11:03