Fars rejiminin qurduğu “Türk Farksiyası” oyunu ifşa olundu

 

İran mollakratiya rejiminin bir ilə yaxındır Güney Azərbaycan Milli Hərəkatının məhv edilməsi üçün üçün ona qarşı basqılar və təziqləri gündəmə gətirməklə yanaşı, Milli Hərakatı kölgədə saxlamaq üçün dərəin hədəflərə hesablanmış paralel olaraq qurduğu “Türk Fraksiyası” adlı süni qurumun mahiyyəti get-gedə ifşa olunur.Fars-mollakratiya  rejiminin qurduğu bu projeinin baş rollarından birini ifa edən Məsud Pezeşkian dünən  yerli qazetlərə verdiyi bir müsahibəsində mollakrat rejimin və fraksiyanın türklərə qarşi əsil niyyətini açqlayaraq gizli pərdənin iç üzün açıb.

O rejimin Güney Azərbaycanın Urmu vilayətində apardığı etnik dəyişim və bölgəni köçəri kürdlərin sayəsində kürdləşdirlmə siyasətini normal hesab edərək, kürdlərə Urmu vilayətində guya böyük zülmlər olduğunu bildirib.
“Bu gün kürd dilinin müstəqil şəkildə istifadə olunması, bu xalqın ana dilində dərgi, qəzet və digər mədəni təsisatlarını qurması çox vacibdir. Urmu bölgəsində kürdlərə “zülm” və “işgəncələr”in olması və onların haqlarının tanınmaması bir acı gerçəklikdir. Kürdlər üçün özəlliklə də azad media düzəni olmalıdır. Allah kürd dilini yaratdı və azad yaratdı İraqdan Urmu bölgəsinə köçüb gələn və burada məskunlaşan və eyni zamanda Tehran rejiminin Urmu bölgəsində zaman-zaman məskunlaşdırdığı kürdlər burada öz haqlarına sahib çıxmalıdırlar” deyə Pezeşkian bu fikirləri mətbuata açıq və səmimi şəkildə deyib.

Daha öncələrdə bildirdiyimiz kimi, mollakratiya rejimnin özü tərəfindən düzənlənən və  “Türk kökənli milli manqurtlar” rejimə bağlı olmaqla yanaşı, həm də Güney Azərbaycan adına mollakratiya rejiminin parlamentində “Türk Fraksiyası” adı altında toparlanaraq saxtakarcasına milliyyətçi bəzəklə sürətilə güclənən və kütləviləşən Güney Azərbaycan
Milli Hərəkatını kölgədə saxlamağa çalışıldı. Bu gün həmin fraksiyanın liderlərindən biri sayılan Məsud Pezeşkianın Tehran rejiminin istəyi və tələbi ilə kürd ssenarisini ortaya atması gerçəkdən bu saxtakar qurumun əsil mahiyyətinin nədən ibarət olduğunu bir daha sübut etdi.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

09:38