Fars molla rejmi daha 6 nəfər Güney Azərbaycan milli fəalına həbs hökmü verdi

 

“Dünya Ana Dili” günü münasibətinə İran mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatına ağır zərbələr yendırmək və pisixoloji basqılarını artırmağa çalışır. Rejimin məhkəmələri Güney Azərbaycanın muxtəlif şəhərlərində qondarma ittihamlarıla daha öncə tutub və ağır işgəncələrdən sonra müvəqəti azadlığa buraxılan Güney Azərbaycan Milli Hərəkatının fəalarına eyni gündə ağır hökmlər oxyub. Təbrizdəki rejimin saxtakar “İnqilab məhkəməsi”  “Traxtur” takımının oyunu zamanı tutuqlanan 5 nəfər milli fəal haqqında həbs hökmünü verib.

Tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Cəfər Rüstəmi, Əli Əhmədi, Siyamək Seyfi, Əli Sərrafi və Əsgər İbadzadədir. Onların hər birinə 7 ay həbs cəzası kəsilib. Məhkəmə adını çəkdiyimiz milli fəalların “rejim əleyhinə fəaliyyətdə” günahlandırıblar.

Xatirladaq ki, Güney Azərbaycan milli fəalları 2013ci ilin fevralında Traxtur və Əlcəzirə takımları arasında Asiya Ligində oynanan oyun zamanı qondarma ittihamlardan dolayı tutqlanmışdılar. Bundan başqa “Ana Dili Günü” münasibəti ilə Əhər şəhərində toplantı keçimək istəyən Güney Azərbaycan milli fəallarından  Murtaza Məhəmmədi də Təbriz məhkəməsinə çağrılıb.

Xatırladaq bu gün molla rejimi Güney Azərbaycanın ən qədim şəhərlərindən olan Tehranda 4 milli fəalla da 45 il həbs hökmü oxuyub. Əlirza Fərşiyə 15 il həbs və 2 il Xuzistan vilayətinin Bağmilk şəhərinə sürgün, Əkbər Azada 10 il həbs və 2 il İlam vilayətinin Dərrəşəhr şəhərinə sürgün, Behnam Şeyxiyə 10 il həbs və 2 il Xuzistan vilayətinin Məscid Süleyman şəhərinə sürgün, Həmid Mənafei Nadarlıya 10 il həbs və 2 il Lurestan vilayətinin Əzna şəhərinə sürgün hökmünü vermişdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu” 

19:05