Fars deputat Azərbaycan Türklərini təhqir etdi

 

İran mollakratiya rejiminin gerçəkdən farsların milli maraqlarına uyğun olraq strateji hədəf kimi “paniranizm” və “panfarsizm” siyasətini yürütdüyü bir daha özünü təsdiq etdi. Belə ki, mollakratiya rejiminin parlamentində fars bölgəsi olan Somesəranı təmsil edən deputat Kazım Delxoş Azərbaycan Türklərini təhqir edən açıqlama ilə yenidən gündəmə gəlib. Kazım Delxoş bu yaxınlarda Güney Azərbaycanın Maku şəhərində olarkən Azərbaycan Türklərinin ünvanına təhqiredici ifadələr işlədib.

Deputata telefonla danışarkən “Bunlar Türkdür, heç nə anlamazlar” deyib. Daha sonra deputatın bu telefon danışığı sosial şəbəkələrdə yayıylıb və ciddi etiraza səbəb olub.  

Qeyd edək ki, bundan öncə də Azərbaycan Türklərinin ünvanına təhqirlər səsləndirən deputat Kazım Delxoş Güney Azərbaycanın Qəzvin şəhərində də buna bənzər ifadələr işlətmişdi. Bütün bunlara baxmayaraq, İran mollakratiya rejimi qatı fars şovinisti Kazım Delxoşa qarşı hər hansı bir ölçü götürülməsi barəsində gərəkən addımları atmamışdı. Güney Azərbnaycanın şərəfi adına, Türk dilində təhsil almaq hüquqlarını gündəmə gətirən, ana dilində dərgi və qəzet, televiziya kanalı yayınlamaq kimi tələbləri irəli sürən hər bir vətəndaş dərhal “xarici ölkələrin cəsusu”, “etnik separatçı” və sair damğalarla ittiham olunaraq həbs edilirlər. Hətta onlara qarşı cəzaevlərində işgəncələr belə verilir.

 Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

22:13