“Facebook”un qurucusundan Mustafa Kamal Atatürkə böyük öygü

2003-cü ildən internet sistemində sosial şəbəkələrin inkişafı baxımından inqilab etmiş Mark Zuckerberg indi dünyanın ən gənc rəsmi milyaderlərindən biri sayılır. Türkiyədə “Fətoşçu camiə”yə bağlı “Akıt” qəzetinin facebook.com-dakı sosial şəbəkəsi onun əmri ilə bağlanmışdır: “İslamçı baxışlara malik bir çox qəzetlər və sosial medialar daim Türk etnik kimliyi və bu dövlətin qurucusu Mustafa Kamal Atatürkə həqarətlər yağdırırlar. Bu yöndə hətta M. K. Atatürkü aşağılayıcı yazılarla gündəlik çıxışlar etməkdən çəkinmirlər. Bütün bunları nəzərə alaraq, bildirək ki, kimsə facebook.com-da Mustafa Kamal Atatürkü təhqir edə bilməz. Atatürk dünyanın ən ünlü liderlərindən və demokratik düşüncə sisteminin qurucularından biridir. Türkiyə və Atatürk sinonim anlayışlardır”.  

Qeyd edək ki, Mark Zuckerberg 1984-cü ildə ABŞ-ın Nyu-York bölgəsinin White Plains şəhərində diş həkimi ailəsində dünyaya göz açıb. Ali təhsilini Harvard Universitetində alıb. Elə bu zaman facebook sosial şəbəkəsini yaratmışdır. Universistet rəhbərliyinin bürokratik yanaşma siyasətinə etiraz əlaməti olaraq, oranı tərk etdi. 2012-ci ildə artıq dünyanın hər yerində onun yaratdlğı facebook.com sosial şəbəkəsinin 1 milyard nəfər istifadəçisi var idi. 2016-cı il aprel ayında “Forbes” dərgisinin verdiyi rəsmi açıqlamaya görə, 32 yaşlı Mark Zuckerbergin şəxsi sərvəti 48.2 milyard dollardır. 

P.S. “Xudaferin.eu” saytı olaraq, Mark Zuckerbergin bu möhtəşəm addımını təqdir edir və ona sayğılarımızı bildiririk.  

Xudaferin.eu

11:01