Eyfel qülləsinin təhlükəsizliyi üçün 300 milyon avro

Parisin simvolu olan Eyfel qülləsinin təhlükəsizliyi və yenilənməsi üçün 300 milyon avro sərf olunacaq. Paris Bələdiyyə Məclisi tərəfindən bu ayın sonunda səsverməyə çıxarılacaq 15 illik büdcə ilə Eyfelin yenilənməsi və təhlükəsizliyi təmin ediləcək.

Parisin Sosialist Partiyasından olan bələdiyyə sədri Anne Hidalgo Parisin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına və “2025 Expo”ya namizəd olduğunu xatırladaraq həm Eyfel qülləsinin, həm də Parisin marka dəyərini artıracaqlarını deyib.
Bələdiyyə məclisinin qəbul edəcəyi 15 illik plan üzrə hər il 20 milyon avro xərclənməsi planlaşdırılır. Dünyanın ən çox turist qəbul edən ilk 3 şəhəri arasında yer alan Parisdəki Eyfel qülləsini 2015-ci ildə təxminən 7 milyon turist ziyarət edib.

Xudaferin.eu

12:16