Estoniyanın tanınmış “Öhtuleht” qəzeti azərbaycanlı gəncdən yazdı

 

Estoniyada yaşayan həmyerlimiz Orxan Oktay Estoniyada 2017-ci ildə baş tutacaq yerli orqanlara seçki kampaniyasında istirak edir. O, öz namizədliyini Tallin şəhərinin Lasname bölgəsindən irəli sürüb.

Orxan Oktay Estoniya Konservativ Xalq Partiyasından (EKRE) namizədliyini verib. O, ötən il Estoniya Milli Məclisinə seçkilərdə də namizədliyini irəli sürmüşdü və 124 səs toplamışdı.

28 yaşlı Orxan Oktayın Estoniyada doğulub. Valideynləri keçən əsrin 80-ci illərində Estoniyanın Tallin şəhərinə köçüblər. Namizəd Tallin Texniki Universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib və magistr dərəcəsi var. O, əvvəllər Estoniya XİD-də xəbərlər monitorinqi və konsulluq sualları ilə məşğul olan şöbədə çalışıb. Estoniyanın tanınmış “Öhtuleht” qəzeti Orxan Oktayla müsahibə hazırlayıb:

http://www.ohtuleht.ee/827108/multikulti-ja-konservatiivsus-ekre-moodi-islamimaa-aser-seisab-eestluse-eest?utm_source=facebook

Xudaferin.eu
“Avropa Bürosu”

 

13:21