Estoniyada raketi “itiriblər”

Estoniyada İspaniya qırıcısının səhvən buraxdığı raketin axtarışları nəticəsiz qalıb.

Xudaferin.eu xəbər verir ki, raketin nəinki özünü, hətta kiçik detallarını belə aşkarlamaq mümkün olmayıb.

Bu barədə bəyanatı Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Çərşənbə axşamı İspaniya HHQ-ə məxsus qırıcının buraxdığı “hava-hava” tipli raket 80 kilometr məsafəni qət edərək Endla təbiət qoruğu yaxınlığında bataqlıq əraziyə düşüb (belə ehtimal olunur). 

Hərbçilər metal detektorlarla 600 kvadrat metr ərazini, bundan sonra isə 200 hektarı da vizual yoxlayıblar. Axtarışlar 6 metr dərinliyə qədər davam edib. Amma müsbət nəticə əldə olunmayıb.

Artıq axtarışların təyyarələr və helikopterlər vasitəsi ilə davam etdiriləcəyi gözlənilir.

Xudaferin.eu

13:46